Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Noyabr 2017


Ocaqov niyə Qazıyevlərin evində qalırdı? - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlərin mülahizələrinə əsasən, “Şəki” adı e.ə. 7-ci əsrdə Qara dənizin şimal sahillərindən Dərbənd keçidi vasitəsi ilə Cənubi Qafqaza gələn sak tayfalarının adı ilə bağlıdır. Saklar burada ən yaxşı torpaqları tutaraq “Saksena” adı veriblər. Şəki şəhəri də bu əraziyə daxil olub.

Relyef müxtəlifliyi şəhərin arxitekturasında özünü göstərir. Küçələrin bir çoxu şimal yüksəkliyinin relyefinə paralel salınıb. Mərkəzi hissənin və əsas küçənin salınmasında isə Gürcənçay və Dəyirman-arxı çaylarının istiqamətləri nəzərə alınıb. Bu 1862-ci ildə hazırlanmış plana əsasən həyata keçirilib.

Bu plana əsasən Şəki bir neçə kvartal və məhəllələrə bölünüb - Çaqqal dərəsi, Giləli, Dodu, Otaq eşiyi, Bağbanlar, Ağvanlar və s. Bura şəhərin qədim yaşayış məskənləridir. Buradakı tikililərin ən azı yüzdən çox yaşı var. Misal olaraq Ağvanlar küçəsindəki 35 saylı evi göstərmək olar.

Gülnaz xanım Qazıyevanın bu evin tarixçəsi haqqında Axar.az-a bunları deyib:

“Bu ev 1876-cı ildə tikilib. İki mərtəbədən ibarətdir. 140 illik tarixi var. Tikintisində çay daşı və bişmiş kərpicdən istifadə olunub. Qışda bayıra çıxmamaq üçün yuxarı mərtəbə ilə aşağı mərtəbəni birləşdirən pilləkən var idi. Sonra o pilləkəni sökdük.

Yuxarı mərtəbədə otaqları isitmək üçün böyük sobalar var. Bu sobalar yananda eyni anda iki otaq isinir. Odun, ya da kömürlə yanır. İçərisi dalğavari hörüldüyü üçün qazdan istifadə etmək olmaz, yəni boğulma halı yarana bilər.

Alt mərtəbənin döşəməsi yayda sərin olsun deyə bişmiş kərpiclə hörülüb. Bu, həm də evi qışda isti saxlayır. Tikildiyi vaxtdan əsaslı təmir olunmayıb. Sütunlar, döşəmə, tavan - hər şey olduğu kimi qalıb. Buna baxmayaraq, öz keyfiyyətini itirməyib.

Evin həyətində kanalizasiya quyusu var idi. Saxsı turbaların içindən su axırdı. Zibili həmin quyuya tökürdük və həmin dəqiqə yox olurdu. Heç kim o kanalizasiya quyularının hara axdığını bilmirdi. Sonrakı şəhərsalmada həmin saxsı turbalar sındığı üçün quyular torpaqla dolduruldu”.

Bu evin başqa özəlliyi də odur ki, görkəmli rejissorumuz Rasim Ocaqov bu evdə ata-anası ilə kirayə yaşayıb. Rasim Ocaqovun 10 yaşı olanda ev sahibi evi Qazıyevlərə satıb. Lakin Rasim Ocaqov üçün bu ev öz doğmalığını itirməyib. O, Şəkiyə gedərkən öz evi olmasına baxmayaraq, Qazıyevlərə qonaq gəlib, burada qalırdı. Təəssüf ki, onun barelyefi bu evə vurulmayıb.

Qeyd edək ki, hazırda həmin evdə Rəhim Qazıyevin əmisinin həyat yoldaşı Gülnaz Qazıyeva yaşayır.

Tarix
2017.05.15 / 08:15
Müəllif
Ülviyyə Əhmədova
Şərhlər
loading...
Digər xəbərlər

Quran nə deyir: Yer düzdür, yoxsa... - Hacı Şahin

Beynəlxalq Mədəniyyət Forumu başa çatdı

Bütün “milli sifətlərə” ölüm!

Ağır xəstəliklə mübarizə aparan məşhurlarımız

Tanınmış gitarist vəfat etdi

Nobelin Bakıda tikdirdiyi 121 illik ev uçur - Foto

Mixaylonun Maribor şəhərində abidəsi ucaldıldı - Foto

Ermənilərin növbəti yalanı bütün dünyanı güldürdü – Video

“Bakı Ekspo 2025”in təqdimatı oldu - Foto

Bu, Bakını dünyaya yeni imicdə təqdim edir - Alişa Çinay

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla