Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Avqust 2018


Göyçayda şairin adı ədəbiləşdirildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay şəhərində küçələrdən birinə şair, publisist İbrahim Göyçaylının adı verilib. Əliheydər Qarayev adına olan küçə bu gündən etibarən şairin adını daşıyacaq.

Şairin qızı Sevinc Əsgərovanın Axar.az-a bildirdiyinə görə, ailəsinin ardıcıl olaraq etdiyi müraciətlərə Göyçay Rayon İcra Hakimiyyətində müsbət yanaşıblar.

Qeyd edək ki, İbrahim Məhəmməd oğlu Əsgərov 1936-cı il noyabrın 12-də Göyçayda anadan olub. Təhsilini Göyçay şəhəri 4№-li məktəbdə alıb. 1958-ci ildə ADU-nin filalogiya fakultəsini bitirib.

Əmək fəaliyyətinə "Avtomobil nəqliyyatçısı" qəzetində müxbir kimi başlayıb, "Xəzər kommunisti" redaksiyasinda ədəbi işçi, Azərnəşrdə redaktor, "Mədəni Ticarət" və ya "Zakulturnaya Torqovlya" qəzetində baş redaktor işləyib. 1970-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində şöbə müdiri və baş redaktor müavini vəzifəsində çalışıb.

1964-cü ildən SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

İbrahim Göyçaylı "Dalğalar qoynunda", " Yadigar sözlər", "Gözlərinin işığında", "Qərənfil işığı", "Qoymayın qızları kədərlənməyə", "Uzaq haraylara isinmir ürək", "Ümiddən uzun gecə", "Vaxt soruşsa", "Lirika", "Ulduzlar nədən danışır", "Yaşadığım bu dünya", "Fikrimin sabahı", "Ömrümüz su kimi" kitablarının müəllifidir. Şairin Rusiyada, Gürcüstanda, İranda kitabları çap olunub. Onun şeirlərinə yüzdən yuxarı mahnı bəstələnib. Dünya xalqları ədəbiyyatından etdiyi tərcümələr bu gün də radio dalğalarında səsləndirilir. O, ömrü boyu Azərbaycan ədəbiyyatının təbliğatçısı olub.

Əməkdar Mədəniyyət işçisi İbrahim Göyçaylı 2007-ci il fevralın 24-də dünyasını dəyişib və Göyçayda torpağa tapşırılıb.

Tarix
2014.06.04 / 01:27
Müəllif
Fatimə İbrahim
Şərhlər
Загрузка...
Digər xəbərlər

Şvartsenegger Əlini necə xilas etdi?

“GymBala” beynəlxalq turnirin birinci günü başa çatdı

Boşanmaq istəyənlərə qəribə cəza: 6 həftə ərzində...

Yoloğlu türkçü deyilsə, onda türkçü kimdir?

ABŞ-ın populyar radiosunda Qarabağ münaqişəsi...

Dünyanın ən çox qazanan aktrisaları - Siyahı

Azərbaycanda ilk dəfə belə bir festival keçiriləcək

Uzun incə bir yol: Bura getmək istəyəcəksiniz - Foto

Bakının Hitler kəşfiyyatçıları tərəfindən çəkilmiş - Fotoları

2077-ci ildə Rusiyada həyat necə olacaq? - Fotolar

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla