Yuxarı

Bakıda Höte İnstitutunun filialı açıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən “SilkRoad” Beynəlxalq İncəsənət və Musiqi Festivalı çərçivəsində dekabrın 6-da “Kapelhaus” Alman-Azərbaycan Mərkəzində Höte İnstitutunun təntənəli açılışı olub.

Kult.az xəbər verir ki, tədbiri Höte İnstitutunun direktoru Alfons Huq və institutun Bakı filialının direktoru Zəhra Əliyeva açıblar. Onlar qeyd ediblər ki, Bakıda Höte İnstitutunun filialının açılması Azərbaycan-Almaniya mədəni əlaqələrinin möhkəmlənməsində böyük rol oynayacaq. Diqqətə çatdırılıb ki, Bakı filialında həm alman dili tədris olunacaq, həm də alman mədəniyyəti təbliğ ediləcək.

Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab bildirib ki, bu il Azərbaycanda Cənubi Qafqaza almanların köçürülməsinin və bu yerlərdə alman məskənlərinin yaradılmasının 200 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Höte İnstitutunun filialının açılışı belə tədbirlərdən biridir. Bu da iki ölkə arasında möhkəm dostluq və tərəfdaşlıq əlaqələrinin olduğunu növbəti dəfə təsdiq edir.

Tədbir Almaniyanın “LebiDerya” caz qrupunun konserti ilə davam edib.

Tarix
2017.12.07 / 02:12
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla