Yuxarı

Dünya şöhrətli alimdən Allah və dünyanın gələcəyi haqda...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, məşhur astrofizik Stiven Hokinq dünən 76 yaşında dünyasını dəyişdi.

Kult.az Publika.az-a istinadən bu yazıda oxucuları müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biri olan Sviten Hokinqin həyat və kainat haqqında maraqlı fikirləri ilə tanış edir:

İQ-ümün nə qədər olması haqqında heç bir anlayışım yoxdur, onun göstəriciləriylə maraqlananlar sadəcə bəxtsizlərdir.

Hədəfim çox sadədir. Kainatı anlamaq istəyirəm ki, niyə o belə təşkil edilib və biz niyə buradayıq?

Tənliklər - riyaziyyatın ən darıxdırıcı hissəsidir. Mən əşyalara həndəsi tərəfdən baxmağa çalışıram.

Bu kiçik planetdə biz meymunların yalnız inkişaf etdirilmiş nəsilləriyik. Amma bizim Kainatı dərk etmək şansımız var. Və bu, bizi xüsusi edir.

Mənə elə gəlir ki, kompüter virusları həyat tərzi olaraq qəbul edilməlidir. Bu, insanın təbiəti haqqında çox şey danışır: hazırkı ana qədər yaradılan həyatın forması yalnız məhvə daşıyır. Biz həyatı öz obrazımız üzrə yaradırıq.

Kainatın quruluşunun yaşayış üçün əlverişli olduğuna təəccüblənməməliyik, çünki bu, onu göstərmir ki, kainat həyat üçün düşünülüb.

Biz dünyanın yaradılışını Rəbbin adı ilə bağlaya bilərik, lakin o şəxsi olmayan Rəbb olacaq. Fizika qanunlarında heç bir şəxsi xüsusiyyət yoxdur.

Biliyin əsas düşməni - avamlıq deyil, biliyin illüziyasıdır.

Bütün həyatım boyu bizi narahat edən və üzləşməli olduğumuz məsələlərə elmi cavablar axtarmağa çalışmışam və bundan böyük zövq almışam. Bəlkə də buna görədir ki, fizika haqqında kitablarım Madonnanın seks kitablarından daha çox satılıb.

İbtidai həyat çox yayılıb, dərkedilmiş və səmərəli həyat isə çox nadirdir.

Bəlkə də Tanrı zər atmaqla kifayətlənmir, eyni zamanda gözü bağlı oynayır və hərdənbir zərləri görülməyən yerlərə atır.

Bu vəziyyət zamanın hər şeyin başlanğıcı olduğu mənasını verir. Hər şeyin necə başladığını anlaya bilmək üçün Kainatdan kənarda güc axtarmağa çalışmamalıyıq.

Kainatın sərhədi haqqında daha önəmli şey olmalıdır, sərhədsiz Kainatdan daha özəl nə ola bilər ki?

Şərq təsəvvüfünün Kainatı bir xəyaldır. Özü ilə öz işi arasında əlaqə qurmağa çalışan fizikdən kənara çıxıb.

Artıq mövcud yollardan gələcək mükəmməl nəzəriyyəyə inanmıram. Yeni bir şeyə ehtiyacımız var. Bunun nə olacağını proqnozlaşdırmaq və ya onu tapmaq mümkün deyil, çünki bunu bilsəydik, onsuz da tapardıq! Bu, 20 il ərzində gəlməli idi, bəlkə də bunu tapa bilməyəcəyik.

Gördüyüm işlər göstərir ki, Kainatın başlanğıcı elmi qaydalarla izah edilə bilər. Bu nöqtədə kainatın hökmünün Allaha aid olduğu fikrinin yanlış olması meydana çıxır. Bu, heç bir Allah olmadığını sübut etmir, ancaq Allaha ehtiyac olmadığını göstərir.

Milyonlarla il insanlar heyvan kimi yaşayıb. Amma sonra bütün xəyal gücümüzü ortaya qoyan bir hadisə oldu. Biz danışmağı və dinləməyi öyrəndik. Danışmaq ideyaların ünsiyyətini və bəşəriyyətin birlikdə işləyib mümkün olmayan şeylərə nail olmasını da təmin etdi. İnsanlar ən böyük nailiyyətlərini danışımaq bacarığı sayəsində qazandı və ən böyük səhvləri danışa bilməməkdən irəli gəldi. Bu, belə olmamalıdır. Ən böyük ümidlərimiz gələcəklə gerçəkləşir. Texnologiyanın istifadəsi ilə imkanlar sonsuzdur. Biz yalnız danışdığımıza əmin olmalıyıq.

Kosmologiya tədris edildiyi zaman tez-tez Böyük Partlayışdan əvvəl nə olduğunu soruşurdum. Əvvəlin olmadığı şübhəylə qarşılanır. Çünki Böyük Partlayış zamanın meydana gəlməsini təmin edib, nə isə ona səbəb olmalıdır. Amma “səbəb” və “təsir” zamanla əlaqəli anlayışlardır. Və vaxt olmadığı hallarda tətbiq edilə bilməz. Beləliklə, sual mənasızdır.

Zamanı Allahın yaratdığını demək nə üçün vacibdir? Zaman müvəqqəti fəaliyyətdir. Zaman həmişə səbəbdən öncə olmalıdır. Allahın sadəlövh obrazının mövcudluğu Kainatdan öncə var olduğunu irəli sürmək, zaman olmadığı təqdirdə aşkar absurd fikirdir.

Deyə bilmərəm ki, fiziki vəziyyətim işdə mənə kömək edir, amma o mühazirələrdən və darıxdırıcı konfranslardan uzaqda qalmaqla mənə tədqiqatlar üzərində cəmləşməyə kömək edir.

Əgər harasa getmək istəsəm, bu, dəqiq dünya deyil, kosmos olardı. Bill Qeyts kimi biri olsaydım, kosmik gəmi kirayələrdim. Bu, bir neçə milyon dollara başa gəlir.

İnanıram ki, elm və tədqiqat fəaliyyətləri pul qazanmaqdan çox zövq verir.

Ən böyük arzum odur ki, hava limanında satılacaq kitab yazım. Lakin bunun üçün nəşriyyat evinin kitabın üzərinə çılpaq qadın şəkli qoyması lazımdır.

Bəlkə də Allaha inanıram, Allah dedikdə siz kainatı idarə edən güclərin təcəssümünü nəzərdə tutursunuz.

Eynşteyn kvant mexanikasını heç vaxt qəbul etməyib. O deyirdi: "Rəbb zər oynamır". O, iki dəfə səhv edirdi. Qara dəliklərin olması yalnız onu göstərmir ki, Allah zər oynayır, eləcə də onları heç kimin görmədiyi yerlərə atdığını sübut edir.

Güvənlə deyə bilərəm ki, indiyə qədər gələcəkdən gələn turistlər bizi ziyarət etməyib.

Təslim olmamaq çox vacibdir.

Həyat gülməli olmasaydı, çox qəribə olardı.

Elmi fantastika faydalı ola bilər - bu, təxəyyülü stimullaşdırır və gələcək qorxusunu aradan qaldırır. Ancaq elmi həqiqətlər daha gözəl ola bilər. Elmi fantastika, hətta qara dəlik kimi şeylərin olduğunu düşünmürdü.

Bəşəriyyətin qarşısında duran ən çətin problem bizim təcavüzkar instinktlərimizdir. İbtidai icma dövründə sağ qalmaq üçün bu instinktlərin yaranması zərurət idi və Darvinin təbii seçimi ilə irəli sürülən genetik kod səviyyəsində başımıza damğalanmışdı. İndi sahib olduğumuz bütün nüvə silahları ilə birlikdə təkamülün bizi instinktlərdən xilas etməsini gözləyə bilmərik.

Qorxuram ki, genetik mühəndisliyi istifadə etmək məcburiyyətində qalacağıq.

Heç kim riyazi teoremlə mübahisə edə bilməz.

Əgər kosmosa qaçmaq üçün bir fürsət tapmazsa, insan irqinin ən az min il daha yaşayacağından əmin deyiləm. Kiçik bir planetdəki bütün həyatın necə məhv olmasının bir çox ssenarisi var. Amma mən optimistəm. Biz mütləq ulduzlara çatacağıq.

Başa düşdüm ki, hər şeyin bir sonu olduğunu və bu barədə heç nə edə bilməyəcəyini iddia edənlər də yola çıxmazdan əvvəl ətrafa baxır.

İnternetdə vaxt keçirmək televiziya kanallarının daimi keçid kimi çox beyinsiz fikirdir.

Məndən tez-tez soruşurlar ki, Amotrofik Lateral Sklerozla (Bu xəstəlik əsas neyronların 80%-ni öldürərək sinir sistemini iflic edir, lakin beynin fəaliyyətinə toxunmur) özümü necə hiss edirəm. Cavab sadədir – hiss etmirəm.

Təkcə ən böyük oğlum Robert elmlə maraqlanır. Proqram təminatı ilə məşğul olur, Microsoftda işləyir. Qızım Lusi fransız və rus dillərini öyrənir - indi jurnalistdir. Kiçik oğlum Tim fransız və ispan dilini öyrənir. Bir də hələ təzə-təzə danışmağı öyrənən nəvəm Villiam var, amma artıq kompüterlərə həvəs göstərir.

Mənə dedilər ki, kitaba salacağım hər bir düstür alıcıların sayını iki dəfə azaldacaq. Onda mən ümumiyyətlə, düstursuz keçinməyə qərar verdim.

Nəfəs varsa, ümid var.

Tarix
2018.03.14 / 23:31
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla