Yuxarı

Vəhhabilər bizdən daha yaxşı müsəlmandır? - Cavab

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslamda insana azadlıq verilmir deyənlər dinin mahiyyətini düzgün dərk etməyənlərdir. İslam dini insana, özündən başlayıb, Allaha qədər yüksələn hüdudsuz azadlıqlar verir.

Bu sözləri Kult.az-a ilahiyyatçı Rəsul Mirhəşimli fəlsəfə elmləri doktoru, dinşünas alim Aydın Əlizadənin müsahibəsində “əgər doğurdan da islam haqq dindirsə, Allah bizə tərəfdirsə, nəyə görə müsəlmanlar geridədir?” fikirlərinə münasibət bildirərkən deyib.

R.Mirhəşimlinin sözlərinə görə, müsəlmanların geridə qalmalarını dində axtaranlar, əslində, çox böyük yanlışlığa yol verirlər:

“Qurani-Kərimin ayələrində keçən insanın gözəl biçimdə yaradılması, Yer üzünün əşrəfi, xəlifəsi elan olunması Yaradanın yaratdığına verdiyi ən böyük dəyərdir. İslam coğrafiyasında idarə olunan xaos, qan tökülməsi dinin problemlərindən irəli gəlmir, bu ərazilərdə siyasi idarəçilərin dini hakimiyyətlərinin iradəsinə tabe etdirmək istəklərinin nəticəsi olaraq, həmçinin bu dövlətlərə qarşı yeridilən xarici müdaxilələrin təzahürü kimi ortaya çıxır.

Tarix boyu din adı altında insanların həyatına müxtəlif şəkildə müdaxilələr də geriliyə səbəb olur.

Müsəlmanlar arasında bu qədər problemlərin yaranmasının səbəblərindən biri də Quranın həyatımıza gerçək şəkildə yansıtmamağımızla bağlıdır”.

A.Əlizadənin “Vahhabilər bizdən daha yaxşı müsəlmandır” sözlərinə də aydınlıq gətirən ilahiyyatçı R.Mirhəşimli bildirib ki, Allah heç kəsə kimin yaxşı müsəlman olub-olmamasıyla bağlı hökm verməyə ixtiyar verməyib:

“Allaha, kitablarına, mələklərinə, peyğəmbərlərinə, ölümdən sonra dirilməyə iman gətirən hər kəs müsəlmandır. Bu iman əsaslarını görməzdən gəlib, insanları hansısa kateqoriyalar üzrə qruplaşdıranlar qeyri-ciddi işlərlə məşğul olanlardır.

Hər kəs öz dinini fərdi olaraq seçir, qazandığı savabları da özünədir, günahları da. Allahın faili-muxtar (ixtiyarı öz əlində olan) yaratdığı insanı hansısa kateqoriyalar üzrə bölmək səlahiyyəti Yaradandan başqasına aid deyil”.

Qeyd edək ki, fəlsəfə elmləri doktoru, dinşünas alim Aydın Əlizadə Modern.az-a verdiyi geniş müsahibədə müsəlmanların geriyə qaldığını bildirib. Əlavə edib ki, əgər doğurdan da islam haqq dinidirsə, Allah bizə tərəfdirsə, nəyə görə müsəlmanlar geridədir?

A.Əlizadə həmçini bildirib ki, vəhhabilər bizdən də yaxşı müsəlmandırlar.

Tarix
2018.04.27 / 08:00
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla