Ana səhifə Kult |
106 il öncə yazılan roman qalmaqala səbəb olub. Qalmaqal yaradan
roman Don Juanın eşqbazlığına həsr olunub.
İddiaya mövzu olan kitabı tanıyaq
Bu kitab Apollinerin ən çox mükafat alan əsəri olub.
Hətta romanın motivləri əsasında 1986-cı ildə film də çəkilib. Əsər 15 yaşındakı gəncin cinsi oyanışından bəhs edir. Gənc Rocer ətrafındakı qadınları müşahidə edərək mərhələ-mərhələ öz bədənini kəşf edir. Sonda o, kiçik Rocerdən ehtiraslı "Don Juan"a çevrilir.
Don Juan kim idi?
O, qadınların ən sevdiyi kişi, etiraz edə bilmədiyi adam idi. Bülənt Somayın sözləri ilə desək, o, yatdığı hər qadına aşiq olan, hər qadını bir dünya gözəli olaraq kəşf edən adam idi.
Ədəbiyyat tarixinin ən eşqbaz obrazı olan Don Juanın hekayəsi fərqli yazarların qələmi ilə dəfələrlə izah edilib.
106 il bundan öncə Quliam Apollinerin yazdığı roman "mədəniyyət mirası" olaraq qorunsa da, Türkiyə məhkəməsində ədəbsiz olması iddiası ilə mühakimə olunub. Etirazın xüsusi hədəfi kitabı türk dilinə tərcümə edən tərcüməçiyə ünvanlanıb. Tərcüməçiyə 10 il həbs cəzasının verilməsi tələb olunur. Buna əsəs səbəb romanda xarakterin cinsi istismar edildiyi iddiasıdır.
Mühakimə olunan şəxs məhkəmədə hakimə "istismar olunan nədir və hardadır deyə sual verəcəm",- deyib.
Qeyd edək ki, məhkəmə bu il dekabrın 17-sində keçiriləcək.
Tarix
2013.11.28 / 02:25
|
Müəllif
Fatimə İbrahimova
|