Yuxarı

Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusunun 100 illiyi ilə bağlı ilk milli fantastik pullar hazırlanıb.

Bu barədə Lent.az-a kolleksiyaçı Çingiz Həziyev məlumat verib. Kolleksiyaçının sözlərinə görə, ilk fantastik pulların mövzusu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyidir: “Bunlar qiymətli kağız, pul əskinası sayılmır. Fantaziya pulları sırf kolleksiyalar və kolleksiyaçılar, hədiyyə üçün nəzərdə tutulub. Mənim ikinci sənətim rəssamlıqdır.

Oturub fikirləşdim ki, yüzilliklə bağlı nə edə bilərəm. Fantastik pullarımızı buraxmağı qərara aldım. 100 il ərzində silahlı qüvvələrimizin sərkərdələrinin şəkilləri olan fantastik pullar hazırladım. Üç-dörd ay pulun kompüterdə yığılma sisteminə zaman xərcləmişəm. Bütün pulların üzərinə “kolleksiya üçün” yazısı həkk olunub”.

İlk milli fantastik pulların müəllifi Çingiz Həziyev onu da qeyd edib ki, bu pullar satış üçün nəzərdə tutulmayıb. Onun sözlərinə görə, əlli manatlıq əskinasın üzərində şəhid Mübariz İbrahimovun şəkili və onun keçdiyi döyüş yolu öz əksini tapıb:

“Pulun ön və arxasında mənim imzam, eyni zamanda, ordumuzun gerbi, müasir Azərbaycanın xəritəsi burada həkk edilib. 250 manatda Cümhuriyyət dövründə hərb naziri Səməd bəy Mehmandarova həsr olunub. Pulun arxasında cümhuriyyət dövründəki xəritəmizi vermişəm. Eyni zamanda, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova, Şah İsmayıl Xətaiyə, Məhəmmədəmin Rəsulzadəyə həsr olunmuş pullar da hazırlanıb Cümhuriyyət qurucuları ilə hazırladığım pulları həmin dövrün əskinaslarına oxşatmağa çalışmışam. Bir daha qeyd edirəm ki, bu pullar hədiyyə və kolleksiyalar üçündür”.

Kolleksiyaçı maddi və mənəvi irsimizin yaralı yeri olan, ermənilərin sahiblənməyə çalışdığı “Sarı gəlin”lə bağlı da fantastik pul hazırlayıb.

Tarix
2018.05.27 / 23:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla