Yuxarı

Zöhrab Əmirxanlının "Nə günahı var"

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış jurnalist Zöhrab Əmirxanlı "Feysbuk" sosial şəbəkəsindəki hesabında yazıb:

"... Lap çoxdanın söhbətidi. Yeri behişt olsun, N. Kəsəmənlinin "Açılma, sabah..." şeiri təzəcə işıq üzü görmüşdü. Oxudum və heyran oldum. Üstündən xeyli ötəndən sonra hardansa ağlıma gəldi ki, görəsən, bir vəfasıza, bir üzüdönüyə görə bütün kainatı zülmətə qərq eləməyə dəyərmi, dəyməzmi?!

Çox da göydə çoxdu ulduz,

Daha mənə yoxdu ulduz,

Hər şeyi unutdu o qız, -

Açılma, sabah, açılma...

N. Kəsəmənli

Götürüb, bir cızma-qara elədim.

AÇILAN SABAHIN NƏ GÜNAHI VAR...

O qız ilqarına vəfasızdısa,

Ürəyi, nəfəsi soyuq buzdusa,

Andı unutdusa, əhdi pozdusa, -

Açılan sabahın nə günahı var...

Bu qədər yalvarma gözdən enmişə,

Yalvarma ocağı, odu sönmüşə,

Qoy qurban olmasın üzüdönmüşə, -

Açılan sabahın nə günahı var...

Həyatın üzü boz, özü sərtdisə,

Bir dönükdən yana ruhun pərtdisə,

Sevilib atılmaq sənə dərddisə, -

Açılan sabahın nə günahı var...

Deyilsə yaxşıdı söz vədəsində,

Qardaş, hər əzaba döz vədəsində,

Qoy, sabah açılsın öz vədəsində, -

Açılan sabahın nə günahı var...

Tarix
2013.11.29 / 14:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla