Yuxarı

Millət vəkili Gədəbəydə imzalı kitablarını payladı – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva "Sağlamlığın Qorunması" İB-nin rəhbəri Yazgül Abdiyevanın təşkilatçılığı ilə Gədəbəy rayonunda şəhid ailələrinə həsr olunan “Sağlam nəsil, sağlam gələcək” adlı konfrans çərçivəsində ziyalılar, müəllimlər, sakinlərlə görüşüb.

Kult.az xəbər verir ki, bu cür gözəl görüşün təşkili üçün tədbirin təşkilatçılarına təşəkkürünü bildirən millət vəkili müəllifi olduğu kitablar barədə danışıb. Qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşümüzün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan da bu cür görüşlərin keçirilməsi cəmiyyətdə kitaba və mütaliəyə olan marağın artırılmasında mühüm rol oynayır.

Sonra Qənirə Paşayeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, öz imzası ilə kitablarını oxuculara hədiyyə edib. Eyni zamanda, Q.Paşayeva Gədəbəyin Samanlıq kəndində ziyalılar, müəllimlər, sakinlərlə də görüşüb, geniş fikir mübadiləsi aparılıb və onlara müəllifi olduğu kitabları imzası ilə hədiyyə edib.

Tarix
2018.07.12 / 22:21
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla