Yuxarı

Eynşteynin məktubunun orijinalı tapıldı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albert Eynşteynin aşkar edilmiş məktubunun orijinalı Nyu Yorkda, Leo Bek adına İnstitutda saxlanılır. Bu məktubu A.Eynşteyn 1932-ci ildə dostu, yəhudi əsilli iqtisadçı alim Yulius Hirşə 50 illik yubileyi münasibətilə yazıb.

Kult.az xəbər verir ki, Münxen Yəhudi İcmasının arxivində məktubun Nobel mükafatı laureatının şəxsən özü tərəfindən kopirka ilə çıxarılmış surəti aşkarlanıb. Məktubun surəti 1961-ci ildə Y.Hirşin ölümündən sonra nekroloqu dərc edilən qəzet parçalarının arasında tapılıb. Məktubun Münxendə tapılan surəti, ehtimal ki, Eynşteyndə qalıbmış. Onun Münxen arxivinə necə düşməsini hələ ki, aydınlaşdırmaq mümkün olmayıb. 1933-cü ildə millətçi–sosialistlərin hakimiyyətə gəlişindən sonra Yulius Hirş (1882-1961) Danimarkaya mühacirət edib, daha sonra 1941-ci ildə ABŞ-a köçüb.

1952-ci ildə Y.Hirşin 70 illiyi ilə əlaqədar o, mühacir həyatına qədər müəllimlik etdiyi Berlin Azad Universitetinin fəxri doktoru adına layiq görülüb.

Tarix
2018.09.08 / 19:57
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla