Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Noyabr 2018


Bu yazını oxuyun, yoxsa cərimələnə bilərsiniz - Diqqət

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tez-tez Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mühafizə olunan ərazilərdə qanunsuz ov edilməsi, yaşıllıqlara zərər verilməsi barəsində yayımladığı məlumatları oxuyuruq. Çox vaxt belə hallar vətəndaşların məlumatsızlığı ucbatından baş verir. Əksəriyyət xüsusi mühafizə olunan təbiət ərazilərinə nələrin aid olduğunu bilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Kult.az-a verilən açıqlamada bu məsələyə aydınlıq gətirilib.

Belə ki, Azərbaycan Respublikasının ərazisində məqsədindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq, xüsusi mühafizə olunan təbiət əraziləri, dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları növlərinə ayrılır.

Xüsusi mühafizə olunan ərazilər milli parklar, təbiət parkları, ekoloji parklar, dövlət təbiət yasaqlıqları, təbiət abidələri, zooloji parklar, nəbatat bağları və dendroloji parklar olaraq bölünürlər. Bura həmçinin, müalicə-sağlamlaşdırma yerləri və kurortlar da daxildir.

Dövlət təbiət qoruqları – səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədi ilə yaradılan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.

Milli parklar – xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.

Təbiət parkları - xüsusi ekoloji və estetik dəyərə malik olan, təbiəti mühafizə və istirahət (rekreasiya) məqsədləri üçün ayrılmış təbiət komplekslərinin yerləşdiyi təbiəti mühafizə idarələri statuslu ərazilərdir.

Dövlət təbiət yasaqlıqları – təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanması üçün xüsusi əhəmiyyət daşıyan ərazilərdir.

Təbiət abidələri xüsusi ekoloji, elmi, mədəni və estetik əhəmiyyəti olan təbiət obyektləridir.

Zooloji parklar – heyvanlar aləminin mühafizəsi, törəyib artması və onlardan istifadə üçün ayrılmış təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan xüsusi mühafizə olunan təbiət əraziləridir.

Nəbatat bağları və dendroloji parklar – bitki aləminin müxtəlifliyini qoruyub saxlamaq və onu zənginləşdirmək məqsədi ilə yaradılan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.

Müalicə-sağlamlaşdırma yerlərinə xəstəliklərin müalicəsinin və profilaktikasının, habelə əhalinin istirahətinin təşkili üçün yararlı olan və təbii müalicəvi resurslara (mineral sular, müalicəvi palçıqlar, şor göllər, müalicəvi iqlim, çimərliklər və sair) malik olan ərazilər aid edilə bilər.

Tarix
2018.09.11 / 23:52
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

İtaliya jurnalında Bakının “Ekspo 2025” sərgisi... - Foto

“Vikipediya”da Qarabağda şəhid olan Axıska türklərinin - Siyahısı

3 sultan, 12 prezident "görən" qadın - Foto

Türkiyədə Əhməd Cavadın adı əbədiləşdiriləcək – Foto

Azərbaycan bu şirkətlərlə əməkdaşlığı genişləndirir

Milli Qəhrəmanımıza həsr olunmuş roman İstanbulda - Foto

Tramp Elvis Preslini təltif etdi

Leyla Əliyeva hindistanlı yoqinin mühazirəsində - Fotolar

Milli Qəhrəmanın hərbi geyimi muzeyə verildi

Əhməd Cavadın da qalıqları tapılıb? - DNT testi başladı

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla