Yuxarı

“İki sahil”dən neftçilərə hədiyyə - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İki sahil” qəzetinin 20 Sentyabr - Neftçilər Gününə həsr olunmuş növbəti xüsusi buraxılışı çapdan çıxıb.

Kult.az xəbər verir ki, 84 səhifəlik xüsusi buraxılış Azərbaycanın neft-qaz sənayesinin 24 ildə keçdiyi inkişaf yolunu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinə davamlı töhfələr verən SOCAR-ın və onun struktur bölmələrinin fəaliyyətini əks etdirən maraqlı yazıları, foto şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.

Xüsusi buraxılışda Ümummilli Liderin bugünkü uğurlarımıza inam və əminliyi ifadə edən bir tezisi qeyd olunur: “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmləndirilməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq”.

Azərbaycan bu gün neft strategiyasının davamlı uğurlarını yaşayır. Xüsusi buraxılışda yer alan möhtərəm Prezident İlham Əliyevin bu fikri Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dünyanın enerji təhlükəsizliyinin təminatında artan roluna, regional əməkdaşlıqdan beynəlxalq əməkdaşlığa doğru atılan addımlara işıq salır: “Azərbaycan qazı yeni mənbədir və “Cənub Qaz Dəhlizi” yeni enerji damarıdır. Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir.”

Buraxılışda SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin “SOCAR öz inkişafının yeni mərhələsinə qədəm qoyur” və SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin “Azərbaycanın neft və qaz strategiyası: genişlənən üfüqlər” adlı məqalələri də dərc olunub.

Xüsusi buraxılışda SOCAR-ın ayrı-ayrı sahələrdə tətbiq etdiyi yeniliklər, təcrübələr, qazandığı uğurlar ətraflı şəkildə ictimaiyyətə çatdırılır.

Tarix
2018.09.20 / 23:48
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əsədov Ankarada mühüm iclasda: Protokol imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla