Yuxarı

Oqtay Şirəliyevin nazir təyin edilən qızının – Tərcümeyi-halı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva diyarının qubernatoru Andrey Vorobyev Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyevi Mədəniyyət naziri vəzifəsinə təyin edib.

Kult.az xəbər verir ki, N.Şirəliyeva 9 noyabr 1974-cü ildə Bakıda anadan olub. 1991-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun jurnalistika bölməsinə daxil olub. İngilis və fransız dillərini bilir.

Təhsil aldığı illərdə paralel olaraq Rusiya mediasında, əsasən, mədəniyyət sahəsində, fəaliyyət göstərib. 1995-ci ildən İTAR-TASS-da kriminal-hüquqi şöbədə işləyib. Daha sonra “Kultura”da çalışıb. Burada və digər media qurumlarında çalışarkən humanitar sahə üzrə bir sıra layihələr işləyib. “Kultura” telekanalında şef-redaktor, icmalçı, "Mədəniyyət yenilikləri" proqramının aparıcısı, Rusiya Dövlət Filarmoniyasında təşkil olunan konsertlərin aparıcısı vəzifələrində çalışıb, Moskvanın aparıcı KİV-lərində köşə yazıları ilə çıxış edib. O, mədəniyyət sahəsində fəaliyyətinə görə Moskva şəhər meriyasının laureatı adına layiq görülüb, "Qızıl lira" mükafatı ilə təltif olunub.

2011-ci ildən hakim Vahid Rusiya Partiyasının üzvüdür.

1997-ci ildə Nərmin Şirəliyeva tanınmış rejissor Yevgeni Qinzburqa ərə gedib. Bu, Qinsburqun ikinci evliliyidir. Ailənin 1999-cu ildə oğlu dünyaya gəlib, adı Aleksandrdır.

2001-ci ildə MDBMİ-nun aspiranturasına daxil olub və 2004-cü ildə “20-ci əsrdə Rusiya və Fransa mədəni əlaqələri” mövzusunda dissertasiya müdafiə edib, tarix elmləri namizədidir.

N.Şirəliyevanın əri Y.Qinsburq 2012-ci ildə, 66 yaşında insultdan dünyasını dəyişib.

Tarix
2018.09.26 / 00:53
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Rəisi qəzası: Əgər İranda kəskin dəyişiklik olarsa… - Kiviryan

Əfv Komissiyası növbəti dəfə toplanır

Əli Əsədov yeni qərar imzaladı

Rəisinin helikopterini belə tapdıq - Bayraqdar

Azərbaycandakı “Akınçı” helikopteri tapmağa hazır idi...

Ceyhun Bayramov Əli Bagiri ilə danışdı

Şok: Son anda hamısı bir helikopterə mindirilib...

Əliyev: Rəisi ilə son görüşümüz dünyaya... - Video

Növbədənkənar sessiya: MM özünü buraxır, yoxsa?..

Azərbaycan İrəvanda sərhəd qursa, nə edəcəksiniz?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla