Yuxarı

Selincerin vəsiyyətinə əməl etmədilər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın məşhur yazarı Devid Selincerin ölümündən əvvəl yazdığı və heç yerdə nəşr etmədiyi üç əhvalat (hekayə) virtual aləmə sızdırılıb.

"Axar.az"ın məlumatına görə, "Çovdarlıqda uçurumdan qoruyan" adlı məşhur romanın müəllifinin ölümündən sonra çap edilən hekayələrin ona məxsus olması yazıçının araşdırmaçısı olan Kennez Slavenski tərəfindən təsdiqlənib.

O, açıqlamasında bildirib ki, hər üç hekayənin tərzi Selincerin qələmi ilə uyğun gəlir. Həmin hekayələr isə bunlardır: "Paula", "Birthday Boy" (Ad günü oğlanı) və "The Ocean Full of Bowling Balls" (Bolinq toplarıyla dolu okean).

Qeyd edək ki, Selincerin vəsiyyətində hekayələrin onun ölümündən ən tez 50 il sonra yayılacağı bildirilir. Hesablamalara görə, 2010-cu ildə dünyasını dəyişən 91 yaşlı yazarın hekayələri 2060-cı ilə qədər gizli saxlanılmalı idi.

Tarix
2013.12.02 / 22:58
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla