Yuxarı

Bill Qeyts tualeti yenidən kəşf etdi... - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı milyarder və “Maykrasoft” şirkətinin qurucusu Bill Qeyts Çinin paytaxtı Pekində təəccüb doğuran çıxış edib.

Publika.az xəbər verir ki, milyarder yeni tualet texnologiyalarının təqdim edildiyi “Yenidən kəşf edilən tualet” sərgisindəki çıxışına əlində bir qab insan nəcisi ilə çıxıb.

B.Qeyts 10 il öncə insan nəcisi haqqında bu qədər çox bilmədiyini etiraf edib. O, əlindəki qabda 200 trilyon rotavirus hücreyrəsi, 20 milyard “Şigella” bakteriyası və 100 000 parazit qurd yumurtası olduğunu deyib.

Qeyd edək ki, “Bill & Melinda Geyts Vəqfi”nin son 7 ildə tualet texnologiyalarının araşdırılmasına ən azı 200 milyon dollar xərclədiyi bildirilir.

Dünya Səhiyyə Təşkilatının açıqlamasına görə, dünyada 2,3 milyard insan tualetsiz yaşayır. Buna görə də hər il dizenteriya, difteriya və vəba kimi yüzminlərlə insanın ölümünə yol açan epidemiyalar yayılmaqdadır.

Bill Geytsin rəhbərliyindəki vəqf çirkli suların içilə bilməsini təmin edən avadanlıqların istehsalı layihəsinə də sahibdir. “Yanicki” adlı avadanlıq tullantı sularını içməli su, elektrik və gübrə olaraq istifadə edilən steril külə çevirir. Sistem “Yanicki” operatorunun təyin etdiyi məbləğ qarşılığında tullantını pulla aldıqdan sonra xərclənən maliyyənin şəbəkəyə elektrik sataraq qarşılanması vasitəsilə geri qaytarılmasını təmin edəcəkdi. Bill Geyts 2015-ci ildə istehsalına başlamaq istədiyi bu avadanlığın təqdimat mərasimində tullantıdan təmizlənən bir bardaq suyu içmiş və bu hadisə bütün dünyada əks-səda doğurmuşdu.

Tarix
2018.11.07 / 02:20
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla