Yuxarı

Nadir Qafarzadə: “Qayınanamın maaşını bilsəz...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə Nadir Qafarzadə nə toydan, nə də şoudan danışdı. Amma ona ünvanlanan suallara şou-biznes nümayəndəsi kimi "Axar.az"a cavab verdi.

- Təhsiliniz var?

- Əlbəttə ki! Mən Asəf Zeynallı adına Musiqi Kollecini bitirmişəm.

- Bir dəfə televiziya verilişlərinin birində kitab oxuyub-oxumamağınız barədə verilən suala "gedin mənim "xolodilnik"imə də baxın, kitab oxuyanların da "xolodilnik"inə"- deyə cavab vermişdiz. Bu, nə qədər məntiqli cavabdır?

- Mən indi evimə qonaq kimi gəlib-gedirəm. Sizcə, mənim kitab oxumağa vaxtım ola bilər? Sadəcə, buna zamanım yoxdur. Onu da deyim ki, vaxtında çox kitab oxumuşam. Düzdü, texniki fənlərlə aram olmayıb, amma humanitar fənlərə həvəsim olub. Cəfər Cabbarlıdan tutmuş Əkrəm Əylisliyə qədər, oxumuşam.

- Amma o verilişdə nədənsə kitab oxuyanlara ironiya ilə yanaşdız...

- Baxın, mənim qayınanam elmlər namizədidir, amma siz onun maaşını bilsəz, mənim dediklərimə haqq qazandırarsız. Vaxtında oxuyub da... indi qiymətləndirən varmı? Əlbəttə ki, qiymətləndirən yoxdur!

- Bəzən sənətçidən vətəndaş mövqeyi gözləyirlər və bunu almayanda onları qınayırlar. Sənətçinin vətəndaş mövqeyi nümayiş etdirməsinə necə baxırsız?

- Mənim fikrimcə, müğənni ancaq oxumalıdır, danışmamalıdır. Biz də ancaq oxuyuruq.

- Benzinin qiyməti qalxdı, buna münasibətiniz?

- Bahalaşma olsa da, maaşlar artırılacaq. Onu da deyim ki, bizdə vəziyyət çox yaxşıdır. Mən heç burda olan maşınları xaricdə görmürəm.

- Azərbaycanın Avropaya inteqrasiyasına necə baxırsız?

- Mən bunu istəmirəm. Bizdə vəziyyət yaxşıdır, Avropaya getsək, görərik ki, ora biabırçılıqdır. Bizdə yenə qayda-qanun var, özbaşınalıqlar yığışdırılıb. Bax, mən bu yaxınlarda Ukraynada olmuşdum, onlar bizə deyir ki, siz cənnətdə yaşayırsız.

- Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərəncam imzaladı. Xəbriniz var?

- Hörmətli Prezidentimizin bu sərəncamına çox sevindim. İndi Rəsulzadə haqda filmlər çəkiləcək, onun irsinin yaşaması üçün işlər görüləcək. Amma sizə deyim ki, mənim ulu öndər Heydər Əliyevə, onun apardığı siyasətə hədsiz sevgim var. Hətta evimin içində onun şəkli var. Heç mən ora atamın şəklini vurmamışam. Düzdü, valideynə sevgi sonsuzdur, amma Heydər Əliyev xalqın xilaskarıdır.

Tarix
2013.12.06 / 16:52
Müəllif
Şahin
Şərhlər
Digər xəbərlər

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla