Yuxarı

"Mənə sponsorluq etmək istəyənlər çoxdur"

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəlalə Nərimanın "tam səmimi" suallarına Ülkər Şahbazova cavab verir.

Ülkər Şahbazova kimdir?

Mən Şahbazova Ülkər Ağabəy qızı: 1979-cu ilin 18 avqustunda Kurqan vilayətinin Şadrinsk şəhərində anadan olmuşam. Ailəli olmuşam, illər öncə bu nikah pozulub. Bir oğlum var. Daha ərə getmək barədə düşünmürəm. Əsas olan sənətdə və yaradıcılıq işlərimdə irəliləyişimdir. Ailədə üç bacıyıq. 7 illik musiqi məktəbinin fortepiano fakültəsini bitirdikdən sonra Asəf Zeynallı adına musiqi texnikumuna daxil olmuşam. Bəzi oxuyanlardan fərqli olaraq təhsilli müğənniyəm. Özümü də professional musiqiçi sayıram. Əsas da öz üzərimdə çalışıram, əlimdən gələni əsirgəmirəm. On ildir bu sənətdəyəm. Dəcəl, şıltaq, ərköyünəm.

Qısqanc insansan?

Hər şeyə qarşı qısqanc deyiləm. Sevdiyim insana qarşı çox qısqanc ola bilərəm.

Qalmaqal nə deməkdir?

Şou-biznesin ayrılmaz hissəsidir.

"Sehrli Pərdə"də niyə məhz Faiq Ağayev səni dəstəklədi?

Müsabiqədə məndən başqa Faiq Ağayevin 19 tələbəsi var idi. Yəqin onlar arasında seçilmişəm ki, o da məni seçərək dəstəkləyib.

Toyda başına maraqlı hadisə gəlibmi?

Toyda çox vaxt maraqlı hadisələr olur. Amma təhlükəli vəziyyətlərdən asanlıqla çıxış yolu tapa bilirəm. Bir dəfə toyda gəlin spirtli içki içmişdi. "Vağzalı" əvəzinə "Bakılı balasıyam" mahnısını rəqs etməyi tələb etdi.

Bəy də onu döydü. Sponsorun varmı?

Sponsorum olmaq istəyənlər çoxdur. Amma bunlar mənlik deyil. Sponsor yox, pul xərcləyən sevgili desək, yaxşı olar. Yəni sponsoru olan xanımlara pis baxmıram. Hər kəsin özünəməxsus xüsusiyyəti var.

Sevgiliniz var?

Hazırda sevdiyim insan yoxdur və qəlbimi doldura biləcək bir şəxsə böyük ehtiyacım var. Biz sənət adamlarının sevgiyə ehtiyacı var. Təəssüf ki, qəlbimin bu boşluğunu doldura biləcək şəxs yoxdur.

Həyatda neçə dəfə sevmək olar?

Həyatda bir dəfə də sevə bilərsən, yüz dəfə də. Mən qəbul etmirəm o fikri ki, insan həyatda bir dəfə sevir. Sevgi azaddır və idarə olunmur.

Xalq artistlərinin normal olmayan münasibətinə necə baxırsız?

İstəmərəm ki, xalq artistlərinin dava-qırğını olsun. Amma onlar da insandır, mübahisələri düşə bilər. Arzu edirəm mehriban olsunlar.

İlk məhəbbətin kim olub?

İlk məhəbbətim 16 yaşında olub. Heç kim bilmirdi, qəlbimdə saxlamışam.

Kimlərin ifalarını dinləyirsiz?

Dinlədiyim musiqi tam keyfiyyətlidir. Yerli sənətçilərdən Faiq Ağayevin, Röyanın, Rəhimin, Burhanın, Mədinənin və s. ifalarını dinləyirəm. Bəyəndiklərim çoxdur.

Bəs, kimləri bəyənmirsiz?

Rəqsanə və Sevda Yəhyayevanı bəyənmirəm. Heç vaxt da mənə çatmır bu insanlar.

İndiyə kimi populyar olmaq üçün nə qədər pul xərcləmisən?

Dəqiq deyə bilmərəm. Amma pul çox lazımdır bu sənətdə. Hər şey pulludur. Şou-biznes çox çətin sahədir. Yalnız siyasət işlətmək lazımdır. Mütləq özünü sevməlisən.

Özünü cazibədar hiss edirsən?

Əlbəttə, özümü cazibədar hiss edirəm. Şükür olsun Allaha!

Tarix
2013.12.08 / 21:31
Müəllif
Şəlalə Nəriman
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla