Yuxarı

Fazil Say Türkiyə popçularını yıxıb-sürüdü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmişə arabeskçilərlə problemi olan məşhur türkiyəli bəstəkar-pianoçu Fazil Say bu dəfə popçulara sataşıb.

Məşhur musiqiçi "feysbuk" səhifəsində belə yazıb:

"Biz klassik musiqiçilər olaraq, adətən 3-4 günə bir albom yazdırıq. Yaxşı bir səs sistemi və konsertmeyster (mənim vəziyyətimdə olan biri üçün yaxşı bir piano və yaxşı bir texniki akkordçu da lazımdır) ilə 3-4 gündə albom yazdırmaq olar. Normaldır, adidir.

İndi mövzunu dəyişdirək:

Mənim indiyə qədər anlamadığım bir mövzu var. O da albom yazdırmaq üçün studiyanı 3-4 aylığına kirayə götürən "popçu" dostlardır. Elə bil, mahnını studiyada bəstələməyib fikirləşirlər. Ay qardaş, mahnını evində bəstələ də. Beş nəfər oturub akkord tapmağa çalışır. Qardaşım, akkordu mahnı bəstələyən bilər, bilmirsə öyrənsin. Beş nəfər bir akkordla məşğul olarsa, bəs sonrakı akkord necə olacaq? J Akkordları filan evinizdə işləyib mahnınızı yazdırın. O boyda studiya pulu, hər gün 1500 tl (750 manat). Yazıqdır, günahdır. Orada siqaret çəkirlər, qəhvə və s. içkilər içirlər... "Albom üzərində işləyirik" deyə farmazonluq edirlər... Eeee?? Nəticə?..

Albom! Deyəsən belə idi... "Sevim səni, həyatım gözəlim, həyatım gözəlim, həyatım gözəlim"... 50 ildir... Alboma bax e..."

Tarix
2013.10.22 / 13:58
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla