Yuxarı

“Xalqıma hesabat verəcəyəm...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musiqili Teatrda xalq artisti Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olunacaq.

Teatrdan Axar.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, 7 noyabr saat 19.00-da Dövlət Musiqili Teatrında Afaq Bəşirqızının 60 illik yubileyi ilə bağlı tədbir keçiriləcək. Yubiley tədbiri çərçivəsində Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin "Toya bir gün qalmış" komediyası nümayiş olunacaq. Tədbirlə bağlı danışan xalq artisti bu günün onun üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

"60 yaş insan ömrünün müdriklik zirvəsidir. Xüsusilə də bütün həyatını sənətə həsr etmiş sənətkar üçün belə bir zirvədə olmaq ikiqat məsuliyyət hissi yaradır. Bu tədbir öncəsi çox həyəcanlıyam. Hesab edirəm ki, yubiley tədbirimdə xalqıma hesabat verəcəyəm. Mənim iştirakımla "Toya bir gün qalmış" tamaşası nümayiş olunacaq. Mənə elə gəlir ki, həmin gün ilk dəfə səhnəyə çıxacağam. Bütün sənət dostlarımı, sadiq, əziz tamaşaçılarımı 7 noyabr tarixində Musiqili Teatra dəvət edirəm"

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, rejissor assistenti Tamilla Aslanovadır.

Tarix
2015.11.02 / 19:26
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla