Yuxarı

“Elza gələn il deputat seçiləcək”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elza Seyidcahanın parlament seçkilərində öz namizədliyini irəli sürməsi və milli məclisin deputatı seçilməməsi ilə bağlı mətbuatda müxtəlif xəbərlər yer alıb.

Axar.az Elza Seyidcahanın sənət dostlarına belə bir sualla müraciət edib:

"Sizcə, Elza Seyidcahan bu qədər tanınmasına, sevilməsinə rəğmən, niyə millət vəkili seçilmədi?"

Xuraman Şuşalı: "Vallah, mən nə deyim, siz özünüz hər şeyi görürsünüz. Bu il seçilməyib, gələn il seçilər, nə var ki burada?"

Gülyanaq Məmmədova: "Mən, əslində, Elza xanımı dəstəkləyirəm. Yaxşı ki, namizədliyini vermişdi. Hər halda öz gücünə, potensialına inanırdı ki, bu addımı atdı. Olsun, bu dəfə olmaz, növbəti dəfə olar. Elza xanım savadlı xanımdır, gözəl anadır. Böyük hörmətim var səsinə, sənətinə, bəstəkarlığına. Mən Elza xanımı hər addımında dəstəkləyirəm".

Mətanət Əsədova: "Kim seçilir, Allah yolunu açıq eləsin, mənim sənət yoldaşlarımdır. Elza müğənnilikdən başqa çox gözəl bəstəkardır. Bu dəfə seçilməyib, növbəti seçkilərdə seçilər".

Elnarə Abdullayeva: "Doğrusu, gərək o işin içində olasan ki, biləsən niyə seçilib və ya niyə seçilməyib. Mən bir şey deyə bilmərəm".

Qeyd edək ki, E.Seyidcahan 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizədliyini irəli sürmüşdü.

Tarix
2015.11.04 / 09:42
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla