Yuxarı

Alimin ölümü: Bağırov niyə ağladı?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın görkəmli alimi Ruhulla Axundovun doğum günüdür.

Axar.az xatırladır ki, Ruhulla Axundov 1897-ci il yanvarın 13-də Bakının Şüvəlan kəndində dünyaya gəlib. Mədrəsədə, realni məktəbdə, ticarət məktəbində təhsil alan publisist bu illərdə Avropa dillərini öyrənib. 1916-cı ildə mətbəədə işləyən Ruhulla Axundov Azərbaycan dilinin elmi terminologiyasını hazırlayıb. O, latın əlifbasına keçidin tərəfdarlarından və təşkilatçılarından biri olub. Marksın əsərlərini də Azərbaycan dilinə ilk dəfə Ruhulla Axundov tərcümə edib.

Ruhulla Axundov 1918-ci ildə Bakı Sovetinin "İzvestiya", 1919-cu ildə Azərbaycan bolşeviklərinin qeyri-leqal çap olunan "Kommunist" qəzetinin baş redaktoru vəzifələrini icra edib. 1938-ci ildə tutduğu bütün vəzifələrdən azad edilib. Partiya sıralarından uzaqlaşdırılan böyük alim ali məhkəmənin hərbi kollegiyasının qərarı ilə ölüm hökmünə məhkum olunub.

Ruhulla Axundovun ölümündə Mircəfər Bağırovu günahlandırırlar. Lakin Bağırovun həyatını araşdıran tədqiqatçı Adıgözəl Məmmədov bu iddiaların tamamilə əsassız olduğunu deyir:

"Məndə Mircəfər Bağırovun Ruhulla Axundova yazdığı məktub var. Bilirsiniz ki, o, Azərbaycandan 1926-cı ildə müxtəlif səbəblərə görə çıxarılır, sonra Tiflisdə dostu Beriyanın köməkliyi ilə işə düzəlir. Həmin vaxt Ruhulla Axundova – Azərbaycana yazdığı məktubda oğlu Cahangirdən nigaran olduğunu, ona bacılarının baxdığını da ürək ağrısı ilə vurğulayır. Məktubun ən təsirli məqamı isə ondadır ki, Bağırov Axundova deyir, Cahangirin məktublarında Mirzə Şəfidən xeyli sitatlar görürəm. Onda Mirzə Şəfi ruhu var. Oxuyuram və gözlərim yaşarır".

Qeyd edək ki, Ruhulla Axundov 1938-ci il aprelin 21-də güllələnilib və NKVD-nin gizli poliqonu olan "Kommunarka-Loza"da basdırılıb. Ölümündən sonra bəraət alıb və 1959-cu ildə onun partiya üzvlüyü bərpa edilib

Tarix
2016.01.13 / 15:45
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla