Qazaxıstanlı general HHQ-nin komanda məntəqəsində
18:44
Ana səhifə Kult |
Bizim 15 illik tariximizdə belə bir şey olmayıb.
Bu sözləri "Bu şəhərdə" komandasının prodüseri Müşfiq Abbasov onlara efir qadağası qoyulması barədə Axar.az-a danışarkən deyib. O, xəbərlərin doğru olmadığını bildirib:
"Bu şəhərdə" komandasına 15 ildə heç bir qadağa qoyulmayıb. Yayılan xəbərlər əsassızdır. Hər kəs bunu bilsin. İnanmayan da bizim Yutub kanalımızdakı videolarımızı izləyərək, heç bir zaman "Bu şəhərdə"yə qadağa qoyulmadığını görə bilər".
Qeyd edək ki, Axşam.az-da yayımlanan xəbərdə ANS telekanalının "Bu şəhərdə" komandasına efir qadağası qoyması ilə bağlı məlumat yer alıb.
Tarix
2016.01.14 / 17:14
|
Müəllif
Dilarə Zamanova
|