Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Fevral 2018


Bunin: “Şahdağ mənim böyük kəşfimdir...” – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Serebryanıy dojd" radiostansiyasının "Bon voyaj" verilişinin aparıcısı və məşhur səyahətçi Aleksandr Bunin Moskva-Baku.ru saytının əməkdaşına müsahibə verib.

Axar.az xəbər verir ki, bütün dünyanı gəzib Yeni il tətilində ölkəmizə səfər edən A.Bunin Azərbaycana səfər etməyin 5 əsas səbəbini açıqlayıb.

Bunin bildirib ki, ölkəmizə səfər etməyinin birinci səbəbi Azərbaycanın şərq mətbəxinin təamlarından zövq alınacaq bir ölkə olmasıdır.

İkinci səbəb olaraq "Azərbaycan Hava Yollarının ən tələbkar turisti belə yaxşı mənada təəccübləndirə bildiyi" qeyd olunub. Səyahətçi səfəri zamanı ilk təcrübəsinin də elə buradan başladığını, Azərbaycana məxsus yeni AZAL Boinq-767 təyyarəsinin rahatlığı, yeniliyi, ideallığı, qonaqpərvərliyi və yeməklərin çoxçeşidli olması ilə onu çox təəccübləndirdiyini bildirib. Bunin Azərbaycana səfər edəcək olan hər bir turistə bu aviaşirkətə müraciət etməyi tövsiyə edib.

Üçüncü səbəbi "Paytaxt Bakı qədimiliyin, müasir üslubda olan memarlıq nümunələrinin və əzəmətli göydələnlərin birləşdiyi sehrli bir şəhərdir" deyə bildirib. İçərişəhərin hələ də öz qədim sehrini qoruyub saxlaması, bir zamanlar eşitdiyi və oxuduğu məlumatların canlı şahidi olması onda böyük təəssürat oyadıb. Bakıda aparılan tikinti işlərinin genişmiqyaslılığı, yeni binaların düşünülmüş arxitekturası, mərmərdən və bürüncdən olan çilçıraqları ilə diqqəti çəkən yeraltı piyada keçidlərinin möhtəşəmliyi onu heyran qoyduğunu deyib. O, yeni memarlıq işlərinin Bakının müasir siması olduğunu da vurğulayıb.

Dördüncü səbəb kimi "Azərbaycanın qonaqpərvərliyi hər bir xırda detalda belə əks olunur", - deyə, qeyd edib. Qonaq oteldə və restoranlarda qarşılaşdığı yüksək qonaqpərvərlikdən böyük məmnunluğunu bildirib, eyni zamanda qiymətlərin münasib olduğunu vurğulayıb.

Beşinci səbəb kimi isə "Şahdağda xizək tətili keçirmək heç də Avropa kurortlarından geri qalmır", - deyə, qonaq bildirib.

Səyahətçi Şahdağ Turizm Mərkəzini özünün böyük kəşfi adlandırıb. Səyahətçi bu mərkəzin dövlətin maliyyə vəsaiti hesabına inşa edilməsindən təəccübləndiyini bildirib, buna görə Azərbaycan hökumətinə təşəkkür edib: "Artıq görünür ki, Şahdağ istirahət və bütövlükdə turizm üçün perspektivli məkandır, burada işlər yüksək keyfiyyət və zövqlə görülüb, dünya səviyyəli kurortdur".

Müsahibənin sonunda Aleksandr Bunin maraqlı səfərlərindən sonra sosial şəbəkələrdə insanlara məsləhətlərini mütləq verdiyini deyib və bildirib ki, artıq onun bütün izləyiciləri Azərbaycan haqqında yazdıqlarına müsbət münasibət göstərib, bu ölkəyə səfər edəcəklərini qeyd ediblər.

Tarix
2016.01.15 / 08:00
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Quqlu kəşf edən Osmanlı Sultanı – Foto

Xocalı ilə bağlı yeni film: “Cəzasız cinayət”

Tanınmış şair-dramaturq vəfat etdi

Sədr TV-də aşıqları öz şeirini oxumağa vadar edir? - Açıqlama

ADU-da Maslenitsa bayramı - Foto

Azərbaycana 7 günlük tur paketlər... - Foto

Unikal icad: Daha sürücü sükan arxasında yatmayacaq - Video

Dünya şokda: 2118-ci ildən gəlmişəm, bu da fakt - Video

Rektor dərsə gecikən tələbələrə hədiyyə verdi – Video

Leyla Əliyeva babasını təbrik etdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla