Yuxarı

Bakının mərkəzində partlayan binadan – Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvar ayının sonlarında paytaxtın Dilarə Əliyeva küçəsində yerləşən binada partlayış olmuşdu. Qaz sızması nəticəsində baş verən partlayışdan sonra binanın istifadəyə yararlı olub-olmaması haqqında rəsmi məlumat verilməyib, lakin tikilidə yerləşən obyektlər və mənzillərdə normal həyat davam edir.

Axar.az xəbər verir ki, görünüşü və çoxmərtəbəliliyi ilə fərqlənən binada həyat öz axarındadır. Bərpa olunmayan yeganə yer isə partlayışın baş verdiyi obyektdir. Obyektə ən yaxın olan aptek əvvəlki qaydasında işləyir.

Aptekin əczaçısı əməkdaşımıza açıqlamasında bina ilə bağlı problemin aradan qaldırıldığını və onların fəaliyyət göstərməsi üçün heç bir maneənin olmadığını bildirdi. Həmin binanın sakinləri isə yaşayış üçün icazə verildiyini söylədilər.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Azəriqaz İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kəlbəliyev elə yanğın baş verən gün problemin aradan qaldırıldığını və binanın qazla təmin edildiyini, bina zədələnmədiyi üçün heç bir problem olmadığını bildirdi.

Qeyd edək ki, yanvar ayının 27-da Dilarə Əliyeva küçəsində çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib.

Hadisə zamanı yanıq xəsarətləri alan dəftərxana ləvazimatlarının satıcısı 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu vəfat edib.

Tarix
2018.05.09 / 00:54
Müəllif
Nərmin, Firuzə
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla