Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Dekabr 2018


Xalq şairi 7 igiddən biri - Rüstəmxanlıdan danışdı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl İstanbulda azərbaycanlı aktyor Namiq Rüstəmxanlının çəkildiyi "Dəlilər Fatehin Fərmanı" filminin təqdimat mərasimi keçirilib.

Kult.az Publika.az-a istinadən xəbər verir ki, Osmanlı imperiyasının dünyanı titrədən ordusunun, ən öndə gedən mərd döyüşçülərinin qəhrəmanlıqlarından bəhs edən filmin qala gecəsində 3000 minə yaxın insan iştirak edib.

Qala gecəsinin qonaqları arasında sabiq millət vəkili, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı ilə həyat yoldaşı Tənzilə Rüstəmxanlı da olub. S.Rüstəmxanlı qardaşı oğlunun rol aldığı möhtəşəm layihə haqqında təəssüratlarını bizə bölüşüb.

- Sabir bəy, Namiq Rüstəmxanlının çəkildiyi “Dəlilər Fatehin Fərmanı” Türkiyədə və Azərbaycanda maraqla qarşılanıb. Tarixi filmin baş rol ifaçısı Cem Uçan qala gecəsində sizin və Tünzalə xanımın adını çəkərək öz təşəkkürlərini bildirib.

- “Dəlilər Fatehin Fərmanı” tarixi film olmaqla yanaşı, Türkiyənin elə bir səhifəsidir ki, onun xalq çatdırılması son dərəcə önəmlidir. Bir neçə il əvvəl Hollivudun istehsalı ilə “Drakula” çəkilmişdi. Sözügedən ekran işi Fateh Sultan Məhəmmədə və ümumiyyətlə, bütün türk xalqı üçün həqarətlə dolu film idi. Türkləri burada qaniçən kimi təqdim etmişdilər. Təəssüf ki, ona indiyədək tutarlı cavab verilməmişdi. Cem Uçanla söhbət edərkən “Dəlilər”i çəkmək ideyası yarandı. Beləliklə, qərara gəldik ki, bu ideya mütləq həyata keçirilsin və xalq öz tarixi ilə bir daha yaxından tanış olsun.

Film üçün bəstələnən mahnının mətnini mən yazmışam, həmçinin işin gedişatında: ssenarinin hazırlanmasında, çəkiliş məkanlarının seçilməsində iştirak etmişəm. Dolayısı ilə filmin çəkilməsində mənəvi dəstəyim olub. Çəkiliş heyəti bu işə başlayanda bir qədər ümidsiz idi, alınıb-alınmayacağından ehtiyat edirdi. Bu kimi məsələlərdə bizim təsirimiz olub.

- Filmin mövzusu nədən bəhs edir?

- Film 15-ci əsrdə Fateh Sultan Məhəmmədin Eflak Voyvodalığına təyin etdiyi Vladın xalqa etdiyi zülmdən danışır. Vlad Rumın krallarından birinin könüllü şəkildə Osmanlı imperatorluğuna göndərdiyi uşaqlarından biridir. O, Sultan Fateh Mehmetlə birlikdə böyüsə də, geri qayıtdıqdan sonra ona xəyanət edir. Vlad Təpəş minlərlə türkün vəhşicəsinə öldürülməsinə başçılıq edir. Bundan sonra Osmanlı hakimiyyəti bunun intiqamını almaq üçün onun üstünə ordu göndərir. Bu ordu heç nədən qorxmayan, xüsusi gücü ilə seçilən, ölümün üzərinə gedən dəlilərdən ibarətdir. Türk tarixində dəlilik deyilən ənənəvi qurum var. Bu, bizim də folklorumuzda yer alıb.

Dəlilər vəhşicəsinə öldürülən osmanlı əsgərlərinin intiqamını alır. Yeri gəlmişkən, Vladı Türkiyənin tanınmış aktyoru Ərkan Pətəkqaya mahircəsinə ifa edib. Düşmənçiliyini və qaniçənliyini çox aydın göstərib. Filmin sonunda isə o, layiqli cəzasını alır.

- Namiq Rüstəmxanlının yaratdığı obrazı, aktyor oyununu bəyəndiniz?

- O, Cem Uçanın yaxın dostlarından biridir. Namiq Xəzər sahillərindən, yəni, indiki Azərbaycan torpaqlarından gələrək türk dəlilərinə qoşulub düşmənlərə qarşı vuruşan 7 dəlidən birini - "Mübariz” rolunu oynayıb. Qarabağ savaşının qəhrəmanlarından olan Mübariz adının obraza qoyulması xüsusi olaraq düşünülüb. Bir sıra tarixi hadisələr təkrar olunur, bənzər hadisələr var və bu, əsrlər boyu davam edib. Odur ki, filmdə türk toplumundan gələn qəhrəmanlar daxil edilib. O, öz oyununu sona qədər çox gözəl oynayıb, həmçinin döyüş səhnələrində özünü hərtərəfli göstərə bilib.

- Filmin Bakıda təqdimat gecəsi nə zaman baş tutacaq?

- Bildiyim qədəriylə Bakıda qala gecəsi gələn aya planlaşdırılıb. İstanbulda ən böyük alış-veriş mərkəzlərinin birində baş tutan mərasimində 3000-ə yaxın insan iştirak edirdi, çox möhtəşəm bir tədbir idi. Ticarət mərkəzinin birinci mərtəbəsi izdihamla dolu idi, film 9-dan çox salonda göstərilirdi.

- Layihənin büdcəsi çox böyükdür, sizcə, dünyaya səs sala biləcək?

- Filmə maraq böyükdür, gözləntiləri doğruldacaq səviyyədədir. "Dəlilər Fatehin Fərmanı" Türkiyəyə həqarət olunan "Drakula" filminə cavabdır. Hesab edirəm ki, bu amili biz maraqla qarşılamalıyıq. Lakin dünyaya səs salacağı ilə bağlı dəqiq fikir yürüdə bilməyəcəm. Çünki dünyada hər kəs öz mövqeyindən çıxış edir.

"Dəlilər Fatehin Fərmanı" türkün böyüklüyünü və gücünü göstərən ekran işidir. Bunun başqa ölkələrə nə dərəcədə maraqlı olacağını deyə bilmərəm. Burada açıq-aşkar Avropaya qarşı hər hansı mesaj yoxdur. Film vəhşiliyə və vandalizmə qarşı dəlilərin mübarizəsidir və onların qatillərdən necə intiqam aldığı göstərilib.

Tarix
2018.11.23 / 23:25
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Hökmdarların ağlasığmaz ölüm səbəbləri: qan, gülüş...

Stalin Azərbaycan liderini necə qətlə yetirdi?

Hamımız Fərman Salmanovun çörəyini yeyirik - İrina Maksimova

Şah İsmayılın ölüm səbəbi: əsas versiya - Video

Türkiyədə Azərbaycan dili dərsi: möhtəşəm tədris - Video

Avropanı şok edən olay: 9 türk 90 minlik orduya qarşı

Ermənistan Mərkəzi Bankından Bakıya təxribat - Foto

Əhməd bəy ingilis generalını fikrindən necə daşındırdı?

Deputatın söyənlərə cavabı: Kişi qırığı, tərbiyəsiz, arvad...

Yəhudilərdən Osmanlı dövləti haqqında gözlənilməz etiraf

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla