Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Yanvar 2018


“Belə bayağı, primitiv sözlər...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Keçmiş davamedici zaman" layihəsində:

Axar.az-ın "Keçmiş davamedici zaman" layihəsinin budəfəki qonaqları xalq şairi Nəriman Həsənzadə və Rəşad Məciddir.

Layihənin növbəti sualı belə oldu:

"Musiqi bəstələnən şeirlərinizə görə qonorar almısınızmı? Bu qonorarın miqdarı nə qədər olub?"

Xalq şairi Nəriman Həsənzadə sovet dövründə bütün əsərlərinə görə qonorar aldığını deyir:

"Sovet dövründə yazdığımız bütün əsərlərə görə qonorar alırdıq, nəinki musiqi bəstələnən şeirlərimizə. Qonorarla ailə saxlayırdıq. Amma indi elə deyil.

Mənim sözlərimə bəstəkar Emin Sabitoğlu, Ramiz Mirişli, Ələkbər Tağıyev və başqa məşhur bəstəkarlar musiqi bəstələyib. Xalq artisti Zeynəb Xanlarova, Flora Kərimova, Xədicə Abbasova və başqa görkəmli ifaçılar şeirlərimə yazılmış mahnıları yüksək səviyyədə ifa ediblər. Aldığım qonorarların miqdarı tam olaraq yadımda deyil, amma bütün şeirlərimə görə də qonorar almışam".

Rəşad Məcid isə indi şairə şeirinə görə qonorar verilmədiyini deyir:

"Bir neçə şeirimə dostum Xanım İsmayılqızı mahnı bəstələyib. Cavan Zeynallı, Ayan , İranə, İlkin şeirimə bəstələnən mahnıları oxuyublar.

Bu il də Xumar Qədimova və Tünzalə Ağayeva sözlərimə bəstələdikləri mahnıları oxudular. Dediklərinə görə, davamı olacaq.

Milli Konservatoriyanın tələbəsi, gənc bəstəkar Aysel Kərim də bir şeirimə mahnı bəstələyib. Bu mahnı da yaxınlarda Gülüstan xanımın ifasında təqdim olunacaq.

Deyilənə görə, sovet dövründə sözlərə musiqi bəstələnəndə şairlərə də qonorar verilirdi. İndi isə belə bir şey yoxdur. Müğənnilər hesab edir ki, sözlərinə musiqi bəstələməklə, oxumaqla şairləri reklam edirlər və bu şairlərə kifayətdir. Mahnıda musiqinin orijinallığı ilə bərabər sözlərin də təsir gücü, əhəmiyyəti böyükdür. Təəssüf ki, bugünkü mahnıların çoxuna təsadüfi adamlar, qeyri-peşəkarlar söz yazırlar və belə primitiv, şablon, bayağı sözlər bəzən dəyərli musiqini də təsirsiz edir".

Tarix
2015.11.01 / 09:29
Müəllif
Nigar An
Şərhlər
loading...
Digər xəbərlər

Hitler üçün oynayan agent Əminə - Foto

Stalinin Rəsulzadə təşvişi və ingilis xəfiyyəsi ilə saziş...

Hər şey hazırdır, amma qorxuram... – İradə Tuncay

"Gördüm, bizim düşərgə iqtidara gəlsə, ziyan gətirəcək”

Soyuq Arxangelsk, “Bakı” restoranı və doğma üzlər - Foto

Aynur Camalqızı, mən və Rauf bəy... - Vüsalə Mahirqızı

O xanəndə AzTV-dən səs yazımı pozdurdu - Alim Qasımov

Son gecə bizi yatmağa qoymadı, dedi ki... – Arifqızıdan xatirə

Brejnev bircə ona “sən” deyə bilmirdi

Bir Sevil Nuriyeva, bir Mübariz Mənsimov var, onlar da...

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla