Yuxarı

ABŞ-da məşhurlaşan Emin danışdı - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Amerikanın məşhur “Deyli Fləş” kanalına müsahibə verən və buradakı ifası böyük maraqla qarşılanan 20 yaşlı azərbaycanlı vokalçı Emin Eminzadə Kult.az-a müsahibəsində oradakı həyatından, yaradıcılığından və gələcək planlarından danışıb.

- Emin bəy, niyə məhz ABŞ-ı seçdiniz? Azərbaycanda işləriniz gözlədiyiniz kimi olmadı?

- Ölkəmizdə şərait çox yaxşıdır. Hətta keçən il cənab Prezident İlham Əliyev məni xüsusi aylıq təqaüdlə təltif etdi və adım “Azərbaycanın istedadlı gənclərinin Qızıl Kitabı”na yazıldı. Sadəcə, mənim yazdığım musiqilərin janrı, harmoniyası və digər xüsusiyyətləri Amerika şou-biznesinə və musiqi marketinqinə daha yaxındır. Ölkəmizdə bir çox solo-konsertlərlə çıxış etmişəm. Fəaliyyətim haqqında müxtəlif media orqanları da yazıb.

- “Deyli Fləş”də ifa etdiyiniz mahnının müəllifi kimdir?

- “Deyli Fləş” Amerikanın bir çox kabel televiziyalarında yayımlanır. Həmin kanalda iştirak etdiyim verilişdə hələ işıq üzü görməmiş albomumdan olan mahnını ifa etdim. Həmin mahnının sözləri və musiqisi mənə məxsusdur. Adı “Best frend” idi.

- Amerikada hansısa sənətçi ilə duet oxumaq istəyirsinizmi? Ümumiyyətlə, hansı layihələriniz var?

- Hazırda duet gözlənilmir. Mənim üçün indi ən vacib məsələ budur ki, sözləri və musiqisi mənə aid olan 5 mahnıdan ibarət albomumun buraxılışını həyata keçirim. Albomdan sonra hər şey bəlli olacaq. Burada müqavilə bağlaya bilərəm. Qarşı tərəflə birlikdə böyük layihələrə də imza ata bilərik.

Onu da qeyd edim ki, haqqımda qısa monoloq çəkildi. Həmin monoloqu da mən yazmışam. Deyli Fləş TV-də təqdim olundu, bu həftənin sonlarında Yutub kanalına da yerləşdiriləcək.

- Bəs yerli kanallarda mahnılarınız səsləndirilirmi?

- Mahnılarım bəzən yerli radiolarımızda səsləndirilir. Hərdən yerli kanalların da qonağı oluram. Mahnılarımı Amerika dinləyicisi bəyəndi, yerli kanallar da bəyənərsə, səsləndirə bilərlər.

- Emin bəy, ölkəmizi “Avroviziya” mahnı yarışmasında təmsil etmək istəyərsinizmi? Belə təklif gəlsə, cavabınız nə olar?

- Əlbəttə, etmək istəyərəm. Ümumiyyətlə, Azərbaycanı bütün dünyada tanıtmaq və təmsil etmək öncəliklərimdən biridir. Ancaq öz potensialıma güvənərək, sözləri və musiqisi mənə aid olan mahnı ilə təmsil etmək istəyərdim.

Tarix
2017.11.04 / 09:15
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla