Yuxarı

Müğənnilərimizin Yıldız Tilbə konsertində rəzaləti

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün türkiyəli müğənni Yıldız Tilbəninin Bakı Konqres Mərkəzində konserti baş tutub.

Oxu.az xəbər verir ki, konsertə təşrif buyuranların arasında yerli məşhurlar da olub. Ancaq onlar öz hərəkətləri ilə digər tamaşaçılardan seçiliblər.

Belə ki, ilk olaraq konsertə gələn müğənni Niyam Salami və Kərim Abasov əlində gül buketi ilə səhnəyə yaxınlaşıblar. Onlar səhnəyə çıxıb Yıldız Tilbəyə gül vermək istəsə də, ifaçıların istəyi baş tutmayıb.

Müğənninin komandası bildirib ki, səhnəyə heç kim çıxa bilməz və Tilbə səhnədə oxuyarkən narahat edilməsi düzgün deyil. Bu zaman Niyam Salami səhnənin qarşısına keçib gül vermək istədiyini bildirib. Mühafizəçilər onun bu istəyinin qarşısını alıb.

Yıldız Tilbə ifasını bitirdikdən sonra Niyam Salami və Kərim Abasov səhnənin önünə yaxınlaşıb müğənniyə gül uzadıblar. Həmin an “Biz şarkıcıyız” deyən Niyama Tilbə istədiyi cavabı verməyib və sadəcə gül üçün təşəkkür edib.

Tilbəninin cavabı Niyam və Kərimi qane etməyib. Onlar məkanı tərk ediblər.

Daha sonra isə meneceri Yıldızdan xahiş edib ki, müğənni Zemfira İbrahimovanı səhnəyə dəvət etsin. Yıldız menecerinin istəyini yerinə yetirib.

Zemfira səhnəyə çıxaraq əvvəlcə Yıldız Tilbəni tərifləyib, sonra mahnı ifa edəcəyini deyib. Tilbə isə əvvəlcə Zemfira ilə duet oxumaq istəsə də, sonra onun səsini eşidən kimi istəyindən vaz keçib və kənarda oturub.

Zemfira bir mahnı ifa etdikdən sonra narazı ifadə ilə səhnədə qalan Yıldıza ikinci mahnını duet oxumaq istədiyini deyib, lakin müğənni Zemfiraya reaksiya verməyib. Sonda Zemfiraya alqış istəyən Yıldız konsertinə davam edib.

Qeyd edək ki, Zemfiranın səhnədə çıxışı tamaşaçılarda qıcıq yaradıb.

Tarix
2018.10.14 / 11:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla