Yuxarı

Azərbaycan nəşri Fransa televiziyasının diqqətində

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın TV5 Monde telekanalının “İstiqamət Frankofoniya” (“Destination Francophonie”) proqramının aparıcısı İvan Kabakov verilişin feysbuk və tvitter səhifələrində Azərbaycanda nəşr olunan yeganə fransızdilli “Le Carrefour” (“Yol qovşağı”) qəzeti haqqında məlumat yayıb.

Axar.az xəbər verir ki, o, www.lecarrefour.az saytının linkini paylaşaraq bu sözləri yazıb: “Qafqazda Azərbaycanın yeganə fransızdilli qəzeti “Le Carrefour”u kəşf edin”.

“Destination Francophonie” dünyada fransız dilinin aktual məsələləri haqqında mövzular qoyulan və TV5 Monde telekanalında yayımlanan həftəlik proqramdır. Bu verilişdə həftə ərzində dünyadakı əsas frankofon hadisələrin xronikası verilir.

“Le Carrefour” qəzetinin təsisçisi və baş redaktoru Zeynəb Kazımova bildirib ki, auditoriyası yüz minlərlə olan və dünyanın hər tərəfində yayımlanan verilişin sosial şəbəkələrdə də kifayət qədər izləyicisi var. Aparıcının qəzet haqqında sosial şəbəkələrdə paylaşımı gələcəkdə bu verilişin bir bölümünün Azərbaycana həsr olunması ehtimalını yaradır ki, bu da ölkəmizin təbliği baxımından mühüm hadisə ola bilər. Bu, Azərbaycanda yeganə fransızdilli qəzet üçün də vacib məsələdir. Belə ki, sözügedən verilişin əsas ideyası dünyanın müxtəlif ölkələrindən frankofon təşkilatları və insanları tapmaq və onları tanıtmaqdır.

Tarix
2016.12.17 / 16:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla