Yuxarı

İran mediası Azərbaycandan yazdı - Foto

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın İRNA informasiya agentliyinin saytında Azərbaycan ilə İranın ikitərəfli əlaqələrinin inkişafına həsr olunmuş məqalə yerləşdirilib.

Axar.az xəbər verir ki, “İran və Azərbaycan qarşılıqlı münasibətlərin inkişafı” sərlövhəli yazıda ölkəmizin keçdiyi yol və qazandığı uğurlar barədə ətraflı məlumat verilib.

Qeyd olunur ki, Azərbaycan İranın şimal qonşusudur və ölkələr arasında qədim tarixi, mədəni əlaqələr mövcuddur. İki ölkənin coğrafi yaxınlığı iqtisadi və siyasi əlaqələrin inkişafını zəruri edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İran ilə müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri qurub və bu əlaqələr yüksələn xətlə inkişaf edir.

Məqalədə diqqətə çatdırılır ki, hər iki ölkənin prezidenti siyasi iradə nümayiş etdirərək son iki ildə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək qərarına gəliblər. İki qonşunun yaxın əməkdaşlığı xalqların firavanlığına xidmət edir. Məhz buna görə də prezidentlər cari ildə qarşılıqlı səfərlər edərək əməkdaşlıq haqqında əhəmiyyətli sənədlər imzalayıblar.

Yazıda iki ölkə arasındakı ticarət dövriyyəsi, qarşılıqlı investisiya qoyuluşu, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı və digər sahələrdəki əlaqələrin perspektivləri haqqında təhlil aparılıb.

Tarix
2016.12.27 / 23:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla