Yuxarı

Qaraçuxurlu: “Aygündən danışmaq...”

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxanaçı Namiq Qaraçuxurlu yeni yaradıcılıq fəaliyyətindən danışıb.

Musavat.com xəbər verir ki, jurnalistlərin suallarına cavab verən meyxanaçı Almaniyaya "Soyuqdur" mahnısına klip çəkdirməyə gedəcəyini deyib:

"Ayın 19-u klip çəkdirmək üçün Almaniyaya gedəcəyəm. Klipin ssenarisi mənə məxsusdur, rejissorluğu da özüm etmək istəyirəm. Hazırda məkanlar seçilir. Mahnını özüm yazdığım üçün canlandıracağım obrazı hiss etmişəm. Özümü bu sahədə də sınamaq istəyirəm. Çəkilişləri bitirib dekabrın 1-i qayıdacağam. Bəzi kadrlar Bakıda çəkiləcək. Dekabrın sonu və ya yanvarın əvvəli klipi təqdim edəcəyəm.

- Meyxanaçılar gileylənir ki, meyxana sahəsi inkişaf etmir. Siz necə düşünürsünüz?

- Meyxanaçılarla hər zaman çiyin-çiyinə döyüşmüşük. Buna baxmayaraq, edilən bəzi yeniliklər meyxananı inkişafdan saxladı. Meyxana böyük səhnələrdən yeniyetmələrin toylarda dediyi janra çevrildi. Bu acınacaqlı haldır. Meyxananın inkişafı barədə addımlar atmağı düşünürəm. İstəyirəm ki, istedadlı meyxanaçıları bir araya toplayıb, onlara yardım əlimi uzadım, öz təcrübələrimdən onlara öyrədim. Təklifimi qəbul etsələr şad olaram. Etməsələr də, canları sağ olsun.

- İnkişaf üçün addımlar atacağınızı dediniz. Ola bilərmi ki, köhnə, hələ də sevilən meyxanalarınızı yenidən səsləndirəsiniz?

- "Rəvayət", "Papanın gül balası" kimi meyxanalarım hələ də çox sevilir. Əgər mən inkişaf üçün addım atmaq istəyirəmsə, o mahnıları da yenidən gündəmə gətirməliyəm. Hələ ki dəqiq planım yoxdur. Bir ara meyxanalardan ibarət albom hazırlamaq istədim. Sonra bunun kifayət olmayacağını düşündüm. Sonuncu mahnım "Soyuqdur"da yeni üslub tapmışam. Onun üzərində çalışıram. O üsluba reaksiyalar gözəl oldu. Ona görə də Almaniyaya klip çəkdirməyə gedəcəyəm.

- Meyxananın inkişafı ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmisinizmi?

- Dəfələrlə müvafiq qurumlara müraciət olunub. Amma hələ ki, bir cavab yoxdur. Hətta, meyxanaçıların fikri var idi ki, onlara bina verilsin, onlara orada toplanıb, yeniliklər etsinlər. Düzdür, bu müraciət rəsmi olmadı. 4-5 meyxanaçı var ki, yük onlara düşür. Onlara müraciət edəcəyəm ki, birlikdə klip çəkdirsinlər, konsert proqramı hazırlasınlar. Mənim iştirakım vacib deyil, təşkilatçılıq etsəm, bəsdir.

- Pərviz Bülbülə efirdə dedi ki, bu sahədə özünə rəqib görmür. Sizcə, meyxana sahəsində o bir nömrədir?

- Pərviz mənim kiçik dostumdur. Onunla münasibətim gözəldir, fəxr etdiyim gənc meyxanaçılardan biridir. Fikirlərinə hörmətlə yanaşıram.

- Sevil-Sevinc bacıları ilə duet oxuyacaqsınız. Adətən, siz xanım müğənni ilə duet oxuyanda dedi-qodu çox yayılır. Bu sizi narahat etmir?

- Qalmaqaldan həm qorxuram, həm də qorxmuram. Duet məsələsində ancaq tamaşaçı qınağından qorxuram. Birdən tamaşaçı bəyənməz. Bildirər ki, o qədər dəyərli sənətçilərdən sonra filankəslə oxudu, uğurlu alınmadı. Məni bu narahat edir. Əkizlərlə mənim köhnə mahnımı oxumuşuq. Amma yenə planda duet var. Sevda Yahyayeva ilə də planlar qururuq. Hansı təklif maraqlı olsa, onu dəyərləndirəcəyəm.

- Televiziyaya gec-gec çıxsanız da, mətbuatdan kənar gəzsəniz də, Aygün Kazımova sizin adınızı yenidən gündəmə gətirdi. Bildirdi ki, bağ evini əlindən almışınız. Aygün xanımla məsələni həll etdiniz?

- O söhbətdən sonra Aygün xanımla danışmamışam. O məsələ mənə aid deyil. Öz adımı, xarakterimi qoruyacağam. Bu haqda danışmaq istəmirəm.

Tarix
2016.11.18 / 19:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla