Yuxarı

Eskobarın sevgilisi dəhşətli faktları açıqladı - Foto

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur kolumbiyalı narkobaron Pablo Eskobarın sevgilisi olmuş Virciniya Vallejo adlı jurnalist Türkiyənin “Xəbərtürk” qəzetinə müsahibə verib.

Kult.az xəbər verir ki, o, müsahibəsində Eskobarın həyatının gizli məqamları və eşq macəraları ilə bağlı bəzi məqamları açıqlayıb.

Müsahibənin maraqlı hissələrini təqdim edirik:

İlk tanışlıq

1982-ci ilin yayında şam yeməyinə dəvət edildim. Televiziya dünyasının ulduzuna çevrilmişdim. O vaxt prezidentin oğlu ilə nişanlı idim. Nişanlım, həqiqətən, ölkədə ən yaraşıqlı kişi idi. Pablo da orada idi, onu görəndə heç nə hiss etmədim. Cazibədar, yaraşıqlı deyildi.

Sevgimiz belə başladı

Təəssüf ki, 6 aydan sonra nişanlımdan ayrıldım. Eskobar bunu öyrəndi və dərhal məni Medellin şəhərinə dəvət etdi. Bəzi layihələrini göstərmək istədiyini dedi. Onun narkobaron olduğunu bilmirdim. Hər kəs onu kasıblara kömək edən güclü bir siyasətçi kimi tanıyırdı. Vaxt keçdikcə onun cəlbedici və çox ağıllı olduğunu başa düşdüm. O qədər maraqlı adam idi ki, məni özünə aşiq etdi. Münasibətimiz çox gizli idi. Ailə üzvlərim bilsəydi, dəhşətə gələrdilər. Ancaq nə etməli, o, məni sevirdi, mən də onu. Bəli, mən çirkin bir cinayətkarı sevmişəm.

Ayrılıq

Eskobarın nə işlə məşğul olduğunu, iç üzünü biləndə ondan ayrıldım. Dəfələrlə yalvardı ki, ona qayıdım. Ən böyük arzusu bu idi ki, onun həyatı haqda yazım. Əlaqəmizin son illərində məni yaratdığı dəhşətlərə şahidlik etməyə məcbur edirdi. Bu yolla hər şeyi rahatlıqla qələmə ala biləcəyimi düşünürdü. Mənə bu məzlum ölkə ilə bağlı nələr planlaşdırdığını bir-bir danışırdı.

ABŞ hökuməti məni təyyarə ilə qaçırdı

1985-ci ildə “M-19” adlı marksist qruplaşma Kolumbiya Ali Məhkəməsinin binasına basqın etdi. Kitabımda bu haqda məlumat vermişəm. Orada Eskobarın radikal qruplaşmalarla hansı əlaqələrinin olmasını yazmışam. Biz birlikdə ikən bu haqda mənə müəyyən şeyləri danışmışdı.

Keçmiş ədliyyə naziri Alberto Santofimionun Eskobarla işbirliyi qurması haqda sənədlər üzə çıxanda şahidlik etmək üçün ABŞ səfirliyinə getdim. Buna görə ölümlə təhdid edildim. ABŞ hökuməti məni şəxsi təyyarə ilə Kolumbiyadan götürüb Mayamiyə apardı.

Məni zorlayana 100 min dollar verəcəkdilər

Ölüm təhdidləri artdığı üçün bir video çəkib TV-yə göndərdim. Təhlükəsizliyimi təmin etmək üçün bunu etməli idim. Orada qeyd etmişdim ki, əgər öldürülsəm, bilin ki, günahkar kimdir. Həmin yayımı 14 milyon insan izləmişdi.

Kitabımı yazandan sonra da ölüm təhdidləri aldım. Çünki bir çox siyasətçini, xüsusilə Prezident Lopezi günahlandırmışdım. Onlar 2009-cu ildə məni öldürməyə çalışdılar. Yolda bir avtomobili üstümə sürdülər, yaralandım. Bu da kifayət etmədi, internetdə reklam verib, məni toplu şəkildə zorlayıb bunu videoya çəkənlərə 100 min dollar pul mükafatı verəcəklərini dedilər. Bu elan internetdə 4 il qaldı.

Oğlu da təhlükəlidir...

Eskobar haqqında deyilən şeylərin çoxu yalandır. Onu TV-yə ilk dəfə mən çıxarmışam. Həmin proqram çox izlənilmişdi. Daha sonra bu proqramın qeydlərini oğurladı. Onun ailəsindəki hər kəs yalançı və talançıdır. Oğlu da çox təhlükəli adamdır. O, 16 yaşı olarkən atasının keçmiş ortaqlarını işgəncəyə məruz qoymuşdu.

Tarix
2017.10.03 / 08:15
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla