Yuxarı

Aşıq Əmrah və Aşıq Kamandarın nadir deyişməsi - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yutub sosial şəbəkəsinə iki görkəmli aşığımızın - Aşıq Əmrah (1914-1987) və Aşıq Kamandarın (1932-2000) deyişməsi yerləşdirilib.

Kult.az xəbər verir ki, videonu təqdim edən şair, jurnalist Mirzə Məmmədoğlu belə bir qeyd yazıb:

“Şərti qəbul olunan bu deyişmə həqiqətdə aşıq sənətində özünəməxsus yer tutub. Əsil deyişmələr məclislərdə bəzən qısa, bəzən də uzun çəkib, hər hansı rədif üstündə daha çox rədif və cavab tapan sənətkar verdiyi sual ilə rəqibini məğlub edərək, hətta sazını da alıb. Bu iki ustadın deyişməsi, bəri başdan deyim ki, dostyana birgə oxunan mahnıdır.

Ustad aşığımız Aşıq Kamandar əsrin sonlarında ondan aldığım müsahibədə ustad Aşıq Əmrah ilə necə tanış olmasını belə xatırlayır: “İkinci ustadım (ilk ustadı aşıq Sadıq Sultanov olub - M.M.) Aşıq Əmrah, Allah ona rəhmət eləsin, qız evində olub, mən oğlan evində. Molla Vəliöyü deyirlər. Molla Vəliöyü Paşanın oğlu Məhəmmədin toyunu da mən eləmişəm. Əmrah da Qocayev Məhəmmədin evində olub. O dövrün qəhrəman oğullarından biri”.

Uzun sözün qısası, onlar sonradan bir araya gəlir. Gözəl ifaları ilə məclis üzvlərini heyran edirlər. Özləri də dost olurlar. Birgə xeyli məclislər yola salırlar... 60-cı illərdə Gürcüstan radiosu tərəfindən onların hər ikisinin ifasında xeyli mahnı, eləcə də bu deyişmələr lentə alınıb.

İndi Gürcüstan radiosunun qızıl fondunda, eləcə də mənim şəxsi arxivimdə qorunub saxlanılan bu deyişmələri onların pərəstişkarlarının nəzərinə çatdırıram”.

Tarix
2017.02.05 / 10:18
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla