Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
10 Dekabr 2018


Qəbələ festivalı: Bu dəfə onlar səhnəyə çıxdı - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.08.03 - 20:13

X Qəbələ Beynəlxalq Musiqi Festivalının beşinci günü axşam musiqisevərlərə növbəti kamera konserti təqdim olunub.

Kult.az xəbər verir ki, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında keçirilən konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” kamera orkestri tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış edib.

Konsertin əvvəlində məlumat verilib ki, 2011-ci ildə Bakı Musiqi Akademiyasının nəzdində yaranan “Baku Chamber Orchestra” Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi ilə fəaliyyət göstərir. Orkestrin bədii rəhbəri Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, dirijoru Əməkdar artist Fuad İbrahimov, direktoru Musiqi Akademiyasının prorektoru, Xalq artisti Yeganə Axundovadır.

Diqqətə çatdırılıb ki, kamera orkestri Azərbaycanın görkəmli musiqiçiləri Fərhad Bədəlbəyli, Fidan və Xuraman Qasımovalar, Murad Adıgözəlzadə, Murad Hüseynov, Yeganə Axundova, tanınmış dirijorlar Azad Əliyev, Yalçın Adıgözəlov, Fuad İbrahimov, Eyyub Quliyev, Ralf Gothoni (Finlandiya) ilə birlikdə konsertlər verib. Orkestr Türkiyə, BƏƏ, İtaliya, Fransa, Yunanıstan, Belçika, Özbəkistan, həmçinin Azərbaycanın müxtəlif bölgələrində çıxışlar edib. “Baku Chamber Orchestra” kamera orkestri uğurlu fəaliyyətinə görə Gənclər və İdman, Mədəniyyət nazirlikləri tərəfindən fəxri diplomlara, həmçinin “Bakılı Cəmiyyəti” tərəfindən “Humay” mükafatına layiq görülüb.

Konsertdə İ.S.Baxın “İki fortepiano və kamera orkestri üçün konsert”, A.Piazzollanın “Buenos-Ayresdə ilin fəsilləri”, “Yay”, Y.G.Bendanın “Grave”, T.Quliyevin “Qaytağı”, P.İ.Çaykovskinin “Simli orkestr üçün Serenada” əsərləri səsləndirilib. Fuad İbrahimovun dirijorluğu ilə keçən konsertdə Xalq artistləri, pianoçular Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Yeganə Axundova, həmçinin Ziba Rəcəbli (viola) və Nəzrin Aslanlı (violin) çıxış ediblər.

***

X Qəbələ Beynəlxalq Musiqi Festivalı beşinci gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.

Festival çərçivəsində avqustun 3-də axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında tamaşaçılara növbəti konsert proqramı təqdim olunub. Musiqisevərlərin qarşısında bu dəfə Macarıstandan gəlmiş “Budapeşt Gypsy Band” və Azərbaycanın “Qaytağı” instrumental ansamblları çıxış edib.

“Budapeşt Gypsy Band” musiqi qrupunun üzvləri Karoli Vadaj (simbal), Peter Berki və Noel Budai (violin), Lasio Onedi (viola), Bela Boben (kontrabas), Şaba Lukaç (klarnet) Macarıstanda yaxşı tanınan musiqiçilərdir. Kollektivin üzvləri nüfuzlu orkestrlərin tərkibində dünyanın bir çox ölkələrinin konsert salonlarında çıxış ediblər.

Konsertdə Azərbaycanın Xalq Artisti, virtuoz qarmon ifaçısı Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblının çıxışı da tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. İfaçını pianoda bir çox beynəlxalq müsabiqə və festivalların qalibi Emil Əfrasiyab müşayiət edib.

Festival çərçivəsində avqustun 4-də kamera musiqisi axşamı və Yerusəlim Simfonik Orkestrinin konserti olacaq.

Tarix
2018.08.04 / 01:00
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Nyu York radiosu Behbudova veriliş həsr etdi

Türkiyənin Gəncədəki konsulu mahnı oxudu - Video

Müğənnimizə qadağa qoyuldu: Bu mahnını oxuma!

Lepe Riko Bakıda konsert verdi

"Avroviziya"nın qalibi bəlli oldu

Dünyanın ən cəld pianoçusu Bakıda konsert verdi - Foto

Faiq Ağayev üsyan etdi: Vicdanı, əxlaqı unudub... - Foto

Ermənilər Üzeyir bəyi belə öldürdü - Axar TV

Sıla Bakıya gəlir

Dünyanın ən cəld pianoçusu Bakıda konsert verəcək

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla