Yuxarı

Kazellati Bakıda konsert verdi - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı dirijor Alvize Kazellatinin rəhbərliyi ilə konsert proqramı təqdim olunub.

Kult.az xəbər verir ki, konsertdə Alvize Kazellatinin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında musiqilər səsləndirilib. Azərbaycanın Xalq artisti, pianoçu Murad Adıgözəlzadə konsertdə solist olaraq çıxış edib.

Musiqisevərlərin iştirak etdiyi gecədə dünya mədəniyyətinin dühalarından olan Volfqanq Amadey Motsart və Antonin Dvorjakın əsərləri səsləndirilib. Həyatın sevincli və kədərli anlarını, şən gülüş və faciə obrazlarını eyni təsir gücü ilə canlandıran hər iki bəstəkarın əsərləri yüz illərdir ki, insanları heyran edir. Dünyada elə bir adam yoxdur ki, bu iki dühanın bəstələdiyi musiqilər onu riqqətə gətirməsin.

Konsert barədə təəssüratlarını bölüşən Alvize Kazellati deyib: "Belə bir peşəkar orkestrlə səhnəni bölüşmək çox xoş oldu. Bizim Bakıda olduğumuz müddətdə birgə gördüyümüz işin nəticəsi qonaqlar tərəfindən müsbət qarşılandı. Tamaşaçıların alqışları bunu bir daha təsdiqlədi. Heydər Əliyev Mərkəzi çox möhtəşəm binadır. Bu cür fərqli memarlıq üslubuna malik binada konsert vermək çox xoş oldu. Çünki bina həm daxildən, həm də xaricdən fantastik binadır. Bu cür gözəl tikilinin İtaliyada olmasını çox arzulayıram. Mən deyərdim ki, Bakı gələcəyi simvolizə edən, eyni zamanda, modern şəhərdir. Şəhəriniz çox xoşuma gəldi".

Qeyd edək ki, Alvize Kazellatinin dirijor kimi debütü C.Rossininin “Sevilya bərbəri” operası ilə olub. O, İtaliyanın ən mühüm teatrlarında və nüfuzlu festivallarında çıxış edir. ABŞ-ın Nyu-York və digər şəhərlərində İtaliya operasının təbliği məqsədilə hər il tədbirlər keçirən “Central Park Summer Concerts” təşkilatının prezidenti və bədii rəhbəridir.

Tarix
2018.10.06 / 00:42
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla