Yuxarı

Müğənnimizə qadağa qoyuldu: Bu mahnını oxuma!

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış azərbaycanlı müğənni Əli Purmehriyə “Traktor” futbol komandası üçün hazırladığı yeni mahnını oxumağa icazə verilməyib.

Kult.az xəbər verir ki, müğənni bu barədə İnstaqram səhifəsində məlumat yayıb.

O bildirib ki, Tehran və digər şəhərlərdə konsertlərlə bağlı son qərarı verən Təmin Şurası “Traktor”un mahnısının Təbrizdə onun tərəfindən oxunmasına icazə verməyib:

“Bunun səbəbi yalnız özlərinə məlumdur. Mən də bir çox dostlar kimi bu məsələdən incidim. Bu mahnıya bir il vaxt qoymuşdum. Nəzərdə tutulan konsertə qədər səy göstərdim, lakin nəticə olmadı, hətta reklam afişalarımı yığışdırdılar”.

Purmehr qeyd edib ki, mahnını oxumaq üçün səylərini davam etdirəcək.

Qeyd edək ki, azərbaycanlı sənətkar İran təhlükəsizlik qüvvələrinin təzyiqindən sonra İnstaqramda yaydığı açıqlamanın mətnini dəyişdirməyə məcbur olub.

Tarix
2018.11.29 / 16:00
Müəllif
Aynurə Məmmədova
Şərhlər
Digər xəbərlər

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla