Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Noyabr 2017


Xalq artisti niyə ruhi dispanserə gedib? - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şairlər, yazıçılar yurdu kimi tanıdığımız Qazax-Ağstafa bölgəsindən Baba Mirzəyev kimi muğam ustası da çıxıb. Baba Mirzəyev (Mahmudoğlu) 1940-cı ildə Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. 1956-cı ildə orta məktəbi qızıl medalla bitirən Baba indiki Neft Akademiyasına qəbul olub.

İxtisasca mühəndis olsa da, içindəki sənət eşqi, muğam oxumaq istəyi ona rahatlıq vermir. Qrup yoldaşları Babanı Seyid Şuşinskinin dərslərinə aparır. Beləliklə, Baba universitetdə oxuduğu illərdə həm zavodda işləyir, həm də Əlibaba Məmmədov, Süleyman Abdullayev, Nəzakət Məmmədova, Nəriman Əliyev, Zeynəb Xanlarova ilə birgə Asəf Zeynallı adına Musiqi Məktəbində muğamlarımızı öyrənməyə başlayır.

Sonralar Baba bəy həmin illəri belə yada salır:

"Musiqiyə sevgim kəndimizin füsunkar təbiətindən başlayıb. O romantik aləmdə böyümək, bülbüllərin cəh-cəhindən zövq almaq və milli musiqi sədaları, ulu saz-söz sənəti, təbii ki, insanı cuşa gətirir. Mən də belə məqamlarda öz hisslərimi avazımla ifadə etməyə başladım. Bunu eşidən dost-tanışlar dedilər ki, ayə, nə yaxşı oxuyursan. Açığını deyim ki, əvvəllər bu, məni bir qədər təəccübləndirdi. Sonralar hiss etdim ki, doğrudan da, içimdə bir oxumaq eşqi, həvəsi var. Odur ki, Bakıya gəlib instituta daxil olsam da, xanəndəliyə meyil məni rahat buraxmadı. Bu həvəs getdikcə daha da artdı. Beləliklə, mən təhsil aldığım institutun özfəaliyyət ansamblında oxuyur, qeyri-rəsmi tələbə və dinləyici kimi ustad xanəndə Seyid Şuşinskinin dərslərinə gedirdim. İşlədiyim zavodda özfəaliyyət ansamblının solisti idim".

Sənətçi psixiatriyaya niyə getmişdi?

Baba Mirzəyev aldığı muğam dərsləri ilə kifayətlənmir və sənət sahəsində təhsil almaq istəyir. Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya aktyorluğu fakültəsini bitirir.

Səid Rüstəmovun, Baba Salahovun, Əhməd Bakıxanovun ansamblları ilə televiziyaya çıxan Baba Mirzəyev bir müddət sonra Əhməd Dadaşovun ansamblında da oxumaq hüququ alır.

Qarabağ şikəstəsi, Bayatı-Şiraz, Ceyran bala, Bala gəlin, Mirzəhüseyn segahı, Döşəmə Koroğlu və s. muğam, xalq və aşıq mahnılarının mahir ifaçısı Baba Mahmudoğlu 1962-ci ildə Opera və Balet teatrında stajor kimi fəaliyyətə başlayır. Elə həmin ildə o, Məcnun rolunu oynamaq üçün Niyazinin təşkil etdiyi müsabiqədə qalib olur. Ancaq sənətkar Məcnun rolunu oynamaqdan imtina edir və səkkiz il "Əsli və Kərəm"də Sofi, Osmanlı, "Aşıq Qərib"də Aşıq Səlim, "Leyli və Məcnun"da Zeyd, İbn Səlam rollarını oynayır. Nəhayət, Məcnun kimi yetişdikdən sonra Nəzakət Məmmədova ilə tərəf-müqabili olaraq 1969-cu ildə "Leyli və Məcnun"da baş rolları ifa edirlər. Rolunu tam içdən canlandırmaq üçün psixiatriya xəstəxanasına gedən Baba orada psixoloji problemləri olan adamlarla ünsiyyətdə olur.

Bir çox xalq mahnısı Baba müəllimin ifasında daha da ölümsüzləşib və sərhədlərin o tayında da dinlənilir. Musiqisi Cahangir Cahangirovun, sözləri Zeynal Cabbarzadənin olan "Sənə belə nə oldu yar" mahnısı Baba Mirzəyevin ifasında tamam fərqli çalar qazanıb. Şövkət Ələkbərova, İslam Səfərli kimi sənətçilərin də səsləndirdiyi bu mahnını məşhur türk sənətçi Əhməd Qaya da ifa edib.

Həyat yoldaşı Amaliya xanımın xatirələri

Böyük sənətkarın həyat yoldaşı Amaliya xanım onunla bağlı xatirələrini ürək ağrısı ilə danışır. Amaliya xanım ilk tanışlıqlarından tutmuş, Baba müəllimin xasiyyətinə qədər bir çox məsələlərə işıq tutur:

"Baba Mahmudoğlu ilə tanışlığımı heç vaxt unutmaram. İndiki Azadlıq prospektindəki yataqxanamız Neft-Kimya İnstitutunun yataqxanası ilə üzbəüz idi. Bir çox tələbələr kimi, mən də Babanı tanıyırdım. Çünki bəzən axşamlar onun səsi nəinki yataqxanaları, ətraf evləri də başına götürürdü. Tanışlığımız da elə ordan başladı. Birinci görüşümüzdəcə mənə evlənməyi təklif etdi. Sizə qəribə gəlməsin, bu, Babanın xarakterindən irəli gəlirdi. Birgə yaşadığımız illər mən bir daha bunun şahidi oldum. Baba sözü qıpqırmızı, adamın gözünün içinə deyirdi. Uşaq kimi təmiz və səmimi idi. Bədii, tarixi, fəlsəfi və siyasi əsərlərlə zəngin bir kitabxanamız var evdə. Dünya fəlsəfə tarixini çox gözəl bilirdi. Fəlsəfədən dissertasiya müdafiə eləmək istəyirdi. Otuz adda qəzet-jurnal alırdı. Çoxu da Moskva nəşrləri idi. Biz – mən və övladlarımız mütaliə xəstəsi olmuşuq. Bu da bizə Babadan keçib. Baba həssas ürək sahibi, gözəl bir insan idi. Hər şeydən əvvəl xoş sözü var idi dilində.

Mən onun üçün yaşayırdım. Qohum-əqrəba da çox istəyirdi onu. Nəsimi bazarının yanında darısqal birotaqlı evimiz var idi. 1962-78-ci illərdə orada yaşamışıq. Ömrünün ən gözəl çağları olub o illər... Hara gedirəm səsi qulağımdadır. Televizorda yaxşı nə görürəm, Baba yadıma düşür. Çətindir onsuz, çox çətindir".

Böyük sənətkar Baba Mirzəyev 2005-ci ilin noyabr ayında insult keçirir və bu hadisədən sonra cəmi bir il yaşayır.

Musiqi sənətimizdə gözəl və fərqli ifaları ilə yadda qalan xalq artisti Baba Mirzəyev 2006-cı il dekabrın 6-da 66 yaşında vəfat edib.

Tarix
2015.11.07 / 13:36
Müəllif
Nigar An
Şərhlər
loading...
Digər xəbərlər

“Oyna, oyna”nın qəhrəmanı Bakıda: Faiq Ağayevlə... – Foto

Barış Mançonun son görüntüsü ortaya çıxdı - Foto

Azərbaycan modeli Cenevrədə müzakirə edildi – Foto

Avroviziya təmsilçimiz məlum oldu

Leyla Əliyeva Tofiq Quliyevin yubiley gecəsində - Foto

Dahi bəstəkarlarımızın əsərləri Kaliforniyada - Video

Bir zamanlar Təbrizdə ... – “Falçı qardaş”

İsfar Sarabski Reymsi valeh etdi - Foto

Rəşid Behbudova dediyi sözə görə şok oldum - Axar TV

Metropolitenin mətbuat katibi mahnı oxudu - Video

KULT
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla