Yuxarı

Papaya avtomobil hədiyyə edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir İtalyan rahib katoliklərin dini lideri Papa Françisko Vatikanda istifadə etməsi üçün 20 illik "Renault 4" avtomobili hədiyyə edib.

"Milliyet"in xəbərinə görə, rahib Renzo Zocco tərəfindən hədiyyə edilən avtomobil 300 min kilometrlik istifadə edilib. Sadəliyi ilə tanınan Papa Françisko bu vəzifəyə seçilməzdən əvvəl Argentinada da eyni model avtomobil sürürmüş.

Papa israfın qarşısını almaq üçün Vatikandakı işçilərdən bahalı avtomobil istifadə etməmələrini istəmişdi.

Rahib Zocca italiyan "Famiglia Cristiana" jurnalına Papa "Yoxsulların kilsəsi"ni yaratma səylərinin ona çox təsir elədiyini bildirərək deyib ki, köhnə "Renault 4"ümdən daha yaxşı bir hədiyyə ola bilərmi?

Zocca Papanın daha sonra ona zəng eləyərək hədiyyəsinə görə təşəkkür etməsinə çox sevindiyini söyləyib.

BBC-nin Roma müxbiri Devid Viley Rahib Zoccanın avtomobili şənbə günü Vatikana gətirərək təhvil verdiyini, Papanın da avtomobili sınaqdan keçirərək mühafizəçilərini çaşdırdığını deyib.

Tarix
2013.09.11 / 14:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla