Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Fevral 2018


Bu ölkəni prezident yox, rəfiqəsi idarə edirmiş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyada indiyədək görünməmiş, ən gurultulu və qeyri-adi siyasi qalmaqal böyüməkdədir. İddialara görə, ölkəni dörd ildir prezident yox, onun siyasətə dəxli olmayan rəfiqəsi idarə edirmiş.

Axar.az xəbər verir ki, prokurorluq Prezident Pak Kın Henin işi üzrə araşdırmaya başlayıb. O, ölkəni rəfiqəsi Çoi Sun-silin təsiri altında idarə etməkdə ittiham olunur.

Prezidentin rəfiqəsi ilə bağlı da araşdırma aparılır. O, prezidentlə yaxınlığından yararlanaraq varlanmaqda və qızına ali təhsil almağa yardım göstərməkdə suçlanır. Hazırda həbsdə olan Çoi Cənubi Koreyada böhrana səbəb olduğuna görə üzr istəyib. Prezident rəfiqəsi 20 gün həbsdə qaldıqdan sonra ona ya rəsmi ittiham irəli sürüləcək, ya da sərbəst buraxılacaq.

Cənubi Koreya prezidentinin reytinqi 1988-ci ildən bəri rəy sorğularında rekord həddə düşüb. İndi cəmi əhalinin 5 faizi ona dəstək verir. Ölkənin minlərlə sakini prezidentin istefası tələbi ilə küçələrə çıxaraq etiraz edir.

Prezidentin rəfiqəsi Çoi Sun-sil kimdir?

İndi yaşı 60-ı ötən bu qadınlar hələ yeniyetmə çağlarından dostluq ediblər.

Pak Kın He Cənubi Koreyanın keçmiş prezidentinin qızıdır. Onun anasını, ölkənin birinci xanımını 1974-cü ildə prezidenti öldürmək cəhdinə görə güllələmişdilər. "Əbədi həyat" dini sektasının lideri olan Çoi Sun-silin atası da elə bu zaman prezident ailəsi ilə yaxınlaşıb.

O, Pak Kın Henin hamisinə çevrilir, gənc qızı inandırır ki, ölkənin gələcək prezidentinin anası onun yuxusuna girib və qızına yardım etməsini istəyib. Dini lider Pak Kın Heyə ölkənin gənc könüllülər hərəkatını idarə etməkdə yardım göstərir. Onun qızı Çoi Sun-sil də hərəkatın liderlərindən idi.

Pak Kın He siyasi karyerasına başlayanda Çoi qadınlardan ibarət "səkkiz mələk" qrupunu yaradır, onlar prezidentin qeyri-rəsmi məsləhətçilərinə çevrilirlər.

Pak Kın He ittihamlarla bağlı nə deyir?

Prezident iki dəfə rəsmi şəkildə üzrxahlıq edib. Sonuncu dəfə o, hüquq-mühafizə orqanları ilə əməkdaşlığa söz verib.

"Bu doğrudur, mən ehtiyatlılığı əldən verdim, çünki o, ən çətin vaxtlarımda yanımda olub", – prezident rəfiqəsi haqda deyib.

Prezidentlə rəfiqəsini nədə ittiham edirlər?

Çoi Sun-sil rəsmi şəxs olmasa da, rəfiqəsinin seçkiqabağı kampaniyasında və hakimiyyəti dövründə ona məsləhətlər verib. Bundan başqa Çoinin olduğu iddia edilən köhnə bir planşet tapılıb. Orada prezident çıxışlarının 44 qaralaması tapılıb. Güman olunur ki, onları Çoi Sun-sil redaktə edib. Həmçinin onun prezidentə hansı qərarları qəbul etməli, rəsmi görüşlərdə necə geyinməli olması ilə bağlı yol göstərdiyi deyilir.

Ayrıca, Çoi prezidentlə yaxınlıqdan yararlanaraq özəl şirkətlərə idarə etdiyi fondlara 69 milyon dollar ianə vermələri üçün təzyiq edib.

Anasının sayəsində prezident rəfiqəsinin qızı nüfuzlu universitetlərdən birinə girib. Dərsləri buraxmasına və pis qiymətlərə baxmayaraq, universitetdə təhsilini davam etdirib.

Tarix
2016.11.06 / 14:45
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

“Sultan Əbdülhəmid də Ərdoğanın etdiyini edərdi”

Çavuşoğludan PKK təbliğatına: Çirkli üz...

Hindistandan dünyaya güc nümayişi: "Dxanuş"...

Çinin ABŞ-ı heyrətə salan yeni qırıcısı - Video

ABŞ Rusiyanı cəzalandırmağa hazırlaşır: Mnuçin vaxtı açıqladı

Xəstəxana raket atəşinə tutuldu: Cərrahiyə şöbəsi...

Dünyanın ən güclü donanmaları: Azərbaycan neçəncidir?

Türkiyədə bomba partladı: ərazi nəzarətə götürüldü

ABŞ-dan İsrailə ad günü hədiyyəsi

Türkiyədən İsrailə sərt reaksiya

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla