Yuxarı

Ərdoğan: “Elə o gecə Trampa zəng etdim…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin "Kanal-2" televiziyasına verdiyi müsahibənin anonsu yayılıb.

Axar.az xəbər verir ki, Ərdoğan müsahibədə İsrail ilə münasibətlərdən tutmuş Donald Trampın ABŞ prezidenti seçilməsinə qədər xeyli mövzuda öz fikirlərini bildirib.

Türkiyə prezidenti İsrailin Fələstində törətdiyi qətliamları Hitlerin oxşar qərarları ilə müqayisə edib:

"Qəzzanın vurulduğu anı unutmağım mümkün deyil. Hitlerin və İsrailin etdiklərini qəbul edə bilmərəm. Peresə Davosda "Siz insan öldürməyi yaxşı bilirsiniz", - dedim.

İsrail iki dövlətin iştirakı ilə həll yolu axtarmır. HƏMAS terror təşkilatı deyil".

Ərdoğan Türkiyədə jurnalistlərin fəaliyyətinə görə təqiblərə məruz qalmadığını bildirib:

"Bizim ölkədə jurnalisti işinə görə həbs etməyiblər. Jurnalistlər sərhədsiz azadlığa sahibdirlər? Mənim azadlıq sərhədim nə qədərdirsə, jurnalistlərdə də o qədərdir".

Prezident Trampın qələbəsinə təəccüblənmədiyini, elə ilk axşam ona zəng edərək təbrik etdiyini vurğulayıb:

"Trampın qalibiyyəti məni təəccübləndirmədi. Seçki qutusunun nəticəsinə inanan bir insanam. Mən də Türkiyədə bələdiyyə sədri seçilərkən bəzi adamlar inanmamışdı.

Tramp şəxsi hesabına mübarizə apardı, siyasət işlətmədi. Cənab Tampla ABŞ yeni mərhələyə qədəm qoyacaq. Ona qarşı edilən etirazlar ən azından hörmətsizlikdir. Qalib gəlidiyi ilk gecə ona zəng etdim, Türkiyə ilə ABŞ arasında görəcəyimiz çox iş olduğu qənaətinə gəldik.

Hər bir ölkə güclü liderlə irəli gedər. Əgər güclü lider olmasa, o ölkə inkişaf edə bilməz. Təkcə güclü olmaqla da iş bitmir, həm də dürüst olmaq lazımdır. Siyasətdə ən nifrət etdiyim şey yalandır…"

Tarix
2016.11.22 / 15:24
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla