Yuxarı

Yeni SSRİ-yə inam ölür: ermənilər də peşmandır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan əhalisi Avrasiya İttifaqı ölkələri içərisində birlikdən ən çox narazı olandır.

Axar.az xəbər verir ki, bu nəticə “Avrasiya Monitoru” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğunun nəticəsinə əsasən, ölkə əhalisinin 46%-i ölkənin Avrasiya İttifaqında olmasını dəstəkləyir. Bu isə keçən ilin nəticəsindən 10% azdır.

Ermənistanla yanaşı, digər üzv ölkələrdə Avrasiya İttifaqına maraq azalmaqdadır. Belə ki, Qazaxıstan əhalisinin 74%-i Avrasiya İttifaqını dəstəklədiyini açıqlayıb. 2015-ci ildə bu göstərici 80% idi. Birliyin lokomotivi olan Rusiyada da aşağı göstərici qeydə alınıb. Bu il rusların 69%-i ittifaqın qalmasında maraqlı olduğunu bildirib. Rusların təşkilata etibarında 9% geriləmə müşahidə edilib. Qırğızıstanda nə qədər geriləmə olsa belə, hələ də Avrasiya İttifaqı tərəfdarlarının sayı çoxluq təşkil edir. Bu göstərici üzv ölkələr arasında ən yüksək rəqəm hesab olunur - qırğızların 81%-i Aİ-ni dəstəkləyir.

Sorğu zamanı ən maraqlı göstərici Belarusda qeydə alınıb. Belaruslar digər müttəfiqlərindən fərqli olaraq İttifaqa inamlarını itirməyiblər. Keçən ildən fərqli olaraq inananların sayında 3% artım (63%) müşahidə edilib.

Tarix
2016.11.30 / 23:36
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla