Yuxarı

Türk təyyarəsi Bişkekdə qəzaya uğradı: 37 ölü - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:36

Honkonqdan gələn Türkiyə Hava Yollarına məxsus Boinq-747 yük təyyarəsi Bişkekin Manas hava limanına eniş edən zaman qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin Böhranlı Vəziyyətlərin İdarəolunması İdarəsinin rəisi Məhəmməd Svarov məlumat verib.

"Yük təyyarəsi hava şəraitinin pis olması səbəbindən Manas hava limanında eniş edərkən qəzaya uğrayıb. Təyyarənin düşdüyü ərazidə bağ sahəsində yerləşən iki ev yanır", - Svarov bildirib.

Təyyarənin qəzaya uğraması nəticəsində 32 nəfər həlak olub. Onlardan 4-ü təyyarənin heyət üzvü, 28-i yerli sakinlərdir. Qəzada ölənlər arasında briqada generalı Kazım Öndül də var.

***

Türk Hava Yollarının mətbuat katibi Yəhya Üstün təyyarənin Türk Hava Yollarına deyil, ACT Hava Yollarına məxsus olduğunu açıqlayıb.

Bu arada Qırğızıstan Prezidenti Almazbek Atambayev Bişkek yaxınlığında Türkiyə şirkətinə məxsus yük təyyarəsinin qəzaya uğramasının araşdırılmasını tapşırıb.

Dövlət başçısı həlak olanların ailələrinə və yaralılara maddi yardın göstərilməsi barədə də göstəriş verib.

***

Qırğızıstanda Boinq-747 təyyarəsinin qəzaya uğraması nəticəsində ölənləri sayı 37-yə çatıb.

Bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. İlkin məlumata görə, qəza nəticəsində təyyarə 32 evi dağıdıb.

Tarix
2017.01.16 / 10:12
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla