Yuxarı

Tiflisdə narazılıq artır: “Qazprom”a qarşı aksiyalar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 20:00-da Tiflisdə hökumət binasının qarşısında “Qazprom”la Gürcüstan arasında imzalanan müqaviləyə qarşı etiraz aksiyası keçiriləcək.

Axar.az xəbər verir ki, aksiyanı “Azadlığın müdafiəsi” platforması təşkil edib.

“Gürcüstan hökuməti “Qazprom”un tələbləri ilə razılaşır. Bununla da Bidzina İvanişvili keçən il müxalifət və vətəndaş sektorunun müqaviməti ucbatından edə bilmədiyini bu il bizə uğurlu fakt kimi təqdim edir.

Müqavilənin imzalanmasından sonra ölkə qaz kəmərindən keçən yanacağa görə özünün ən etibarsız tərəfdaşından ödənişi pul şəklində əldə edəcək. Bu, bizi uduzmuş vəziyyətə salacaq. Əvvəlki müqavilə Gürcüstan üçün daha sərfəli idi. Öz səsimizi hökumətə çatdıracaq və imkan verməyəcəyik ki, Gürcüstan üçün sərfəli olmayan şərait yaradılsın”, – deyə, təşkilatın yaydığı bəyanatda deyilir.

Qeyd edək ki, Tiflislə “Qazprom” arasında yeni qaz müqaviləsi imzalanacaq. Müqaviləyə əsasən, Rusiya bundan sonra Gürcüstan ərazisindən keçərək Ermənistana gedən boru kəmərinə görə ödənişi pulla həyata keçirəcək. Üstəlik, Tiflis Rusiyadan əlavə qaz almaq imkanına da sahib olacaq. Moskva isə bu qazı 215 dollara yox, 185 dollara satacaq. Hələlik Gürcüstan hökuməti tranzit haqqının nə qədər olacağını söyləmir və yalnız bu qiymətin Avropada ən bahalı tranzit qiymətlərindən biri olduğunu deyir.

Tiflis 2016-cı il 31 dekabra qədər Ermənistana Rusiyadan gedən qazın ümumi həcminin 10%-ni tranzit qarşılığında əldə edirdi.

Tarix
2017.01.18 / 12:47
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla