Yuxarı

Tiflis böhranı: Prezident də “Qazprom”a qarşı çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazprom”la Tiflis arasında imzalanan müqavilə ölkəyə zərər vurur.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan prezidentinin mətbuat katibi Eka Mişveladze söyləyib.

“Bu müqavilənin imzalanmasıyla ölkənin enerji sektoru pisləşib, Gürcüstanın iqtisadi və siyasi maraqları zərər görüb. Yekunda biz müxtəlif istiqamətlərdə pisləşmiş vəziyyət əldə etmişik ki, bu da gələcəkdə çoxlu problemlərə səbəb ola bilər. Prezident parlamenti özünün konstitusion öhdəliklərini yerinə yetirməyə çağırır. Parlament nəzarət funksiyasını artırmalı, həmçinin riskləri və təhdidləri azaltmaq üçün plan təklif etməlidir”, – deyə, o bildirib.

Qeyd edək ki, Tiflislə “Qazprom” arasında yeni qaz müqaviləsi imzalanacaq. Müqaviləyə əsasən, Rusiya bundan sonra Gürcüstan ərazisindən keçərək Ermənistana gedən boru kəmərinə görə ödənişi pulla həyata keçirəcək. Üstəlik, Tiflis Rusiyadan əlavə qaz almaq imkanına da sahib olacaq. Moskva isə bu qazı 215 dollara yox, 185 dollara satacaq. Hələlik Gürcüstan hökuməti tranzit haqqının nə qədər olacağını söyləmir və yalnız bu qiymətin Avropada ən bahalı tranzit qiymətlərindən biri olduğunu deyir.

Tiflis 2016-cı il 31 dekabra qədər Ermənistana Rusiyadan gedən qazın ümumi həcminin 10%-ni tranzit qarşılığında əldə edirdi.

Gürcüstan hökumətə müqaviləyə artıq razılıq verib. Lakin prezidentin hökumətlə münasibətləri yaxşı deyil. Prezident Georgi Marqvelaşvili ilə xüsusilə keçmiş baş nazir milyard Bidzina İvanişvili arasında münasibətlər kəskin vəziyyətdədir. İvanişvilinin hökumətin fəaliyyətini tam nəzarətdə saxlaması dövlət başçısının etirazına səbəb olur. Tərəflər arasında vəziyyət hətta o həddə çatıb ki, parlament seçkisindən öncə İvanişvili prezidenti ikiüzlü adlandırıb.

Tarix
2017.01.18 / 16:04
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla