Yuxarı

Qaz böhranı: Gürcü müxalifəti təcili izahat tələb edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan müxalifəti “Qazprom”la imzalanan müqavilə ilə əlaqədar olaraq siyasi debatların keçirilməsini tələb edir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Gürcüstanı fraksiyasının rəhbəri Serqo Ratiani söyləyib.

“Bu müqavilə dövlət üçün çox vacib mövzudur. Biz tələb edirik ki, parlamentdə siyasi debatlar keçirilsin. Kaladze bu debatlara gəlmədiyinə görə, hakim partiya hökumətin niyə antidövlət xarakterli fəaliyyət həyata keçirdiyinə görə cavab verməli olacaq” –o bildirib.

Qeyd edək ki, Tiflislə “Qazprom” arasında yeni qaz müqaviləsi imzalanacaq. Müqaviləyə əsasən, Rusiya bundan sonra Gürcüstan ərazisindən keçərək Ermənistana gedən boru kəmərinə görə ödənişi pulla həyata keçirəcək. Üstəlik, Tiflis Rusiyadan əlavə qaz almaq imkanına da sahib olacaq. Moskva isə bu qazı 215 dollara yox, 185 dollara satacaq. Hələlik Gürcüstan hökuməti tranzit haqqının nə qədər olacağını söyləmir və yalnız bu qiymətin Avropada ən bahalı tranzit qiymətlərindən biri olduğunu deyir.

Tiflis 2016-cı ilin 31 dekabrına qədər Ermənistana Rusiyadan gedən qazın ümumi həcminin 10%-ni tranzit qarşılığında əldə edirdi.

Tarix
2017.01.20 / 16:46
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla