Yuxarı

Tramp bu şəxsi işdən qovdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Baş prokuror və Ədliyyə nazirinin səlahiyyətlərini icra edən Salli Yeytsi vəzifəsindən kənarlaşdırıb.

Axar.az xəbər verir ki, prezidentin bu qərarına səbəb Yeytsin verdiyi son bəyanat olub.

Ağ Ev Ədliyyə Nazirliyinə müvəqqəti olaraq Virciniya ştatının prokuroru Dana Boentenin rəhbərlik edəcəyini açıqlayıb.

Trampın qərarlarının qanuniliyini şübhə altına alan Salli Yeyts Ədliyyə Nazirliyinin prezidentin miqrasiya ilə bağlı son fərmanlarını məhkəmədə müdafiə etməyəcəyini bildirmişdi.

Xatırladaq ki, bir neçə gün öncə 16 ştatın baş prokuroru Trampın miqrasiya siyasətinə qarşı birgə bəyanat yayaraq dövlət başçısının fərmanlarını qeyri-qanuni adlandırıb, ölkənin milli maraqlarına zidd olduğunu elan ediblər.

Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb.

Tarix
2017.01.31 / 09:48
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla