Yuxarı

Flinn türk nazirlərlə Güləni qaçırmaq istəyib - Plan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn bəzi Türkiyə rəsmiləri ilə birlikdə Fətulah Güləni ölkədən çıxarmaq haqda planlar qurubmuş.

Axar.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Ceyms Vulsey “Vol Strit Jurnal” nəşrinə açıqlamasında deyib.

Vulsey 2016-cı il sentyabrın 19-da baş tutan, özünün də iştirak etdiyi görüşdə Maykl Flinn, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Barat Albayraq və Xarici İşlər naziri Mövlud Çavuşoğlunun da olduğunu bildirib.

Onun sözlərinə görə, görüş zamanı Flinn və Türkiyə rəsmiləri Fətullah Güləni gizli olaraq Türkiyəyə gətirmək haqda danışıqlar aparıblar.

Keçmiş MKİ görüşdə Gülənin gizlicə Türkiyəyə göndərilməsinin “pis bir fikir” olduğunu söylədiyini və həmin müzakirəni o dövrdə ABŞ prezidentinin köməkçisi olan Co Bayden ilə paylaşdığını deyib.

Qeyd edək ki, Rusiya ilə əlaqəsi olduğuna görə Tramp tərəfindən Milli Təhlükəsizlik müşaviri vəzifəsindən azad edilən Flinnin Türkiyə üçün lobbiçilik etdiyi iddiası da səslənmişdi.

Tarix
2017.03.25 / 14:14
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla