793-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
18:06
Ana səhifə Planet |
Rusiya heç vaxt Krımdan getməyəcək.
Axar.az xəbər verir ki, bunu “Le Fiqaro” qəzetinə müsahibəsində Fransa prezidentliyinə namizəd olan keçmiş baş naziri Fransua Fiyon söyləyib. O, Krımın tarixi rus torpaqları olduğunu bildirib:
“Rusiyanın Krımdan getməsini demək mənasızdır. O, heç vaxt Krımı tərk etməyəcək. Heç kim inkar edə bilməz ki, Krım tarixi və mədəni baxımdan rus torpağıdır”.
Qeyd edək ki, Krım tarixən türk torpağı olub, 1475-ci ildən sonra isə Krım xanlığı Osmanlı imperiyasının vassallığını qəbul edib.
Rusiya Krımı 1783-cü ildə işğal edib və türk xanlığına son qoyub. Bunun ardınca xanlığın əhalisinin böyük əksəri Osmanlı imperiyası sərhədləri daxilinə köçüb.
Tarix
2017.04.20 / 12:51
|
Müəllif
İlkin Həsənov
|