Yuxarı

Felgenhauer erməni KİV-ə danışdı: İrəvanın ümidini qırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bir ölkənin səyləri ilə yaradılmış müdafiə strukturudur.

Axar.az xəbər verir ki, bunu “168 Jam” qəzetinə müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.

O, KTMT-yə üzv ölkələrin Rusiya ilə sıx əlaqədə olduğunu bildirib:

“Bu təşkilata üzv ölkələrin ümumi hədəfləri yoxdur. Burada Belarus və Ermənistanı və yaxud Qazaxıstan və Ermənistanı az şey bağlayır. Bu ölkələr həm də Azərbaycanla dərin əlaqələrə malikdirlər. Bu səbəb ucbatından onlar KTMT-nin baş katibi vəzifəsinə Ermənistan nümayəndəsinin təyin edilməsindən qaçmağa və ya Bordyujanın Qarabağla bağlı açıqlamasını danmağa çalışırdılar. Ona görə ki, bu ölkələrə Qarabağ konfliktinə müdaxilə, Qarabağa və ya Ermənistana Azərbaycanla savaşmaq üçün ordu göndərmək lazım deyil. KTMT-də belə problemlər olmaya da bilər. Belə ki, çünki Qarabağ Ermənistan deyil və KTMT-nin onun qarşısında heç bir öhdəliyi yoxdur. Ermənistan-Azərbaycan sərhədində situasiyanın gərginləşdiyi vaxtda bu məsələ ilə bağlı konsensus olmayacaq. Yeni təyin olunmuş baş katib isə Ermənistanın yox, KTMT-nin gündəmini idarə etmək öhdəliyini götürüb. Ermənistan bu təyinatdan yalnız təşkilatın strukturunda bir az yüksək vəzifə almaqdan başqa heç nə əldə etməyəcək. Bu, sadəcə protokol vəzifədir. Qərarı Rusiya tərəfi öz tərəfdaşlarının iştirakı ilə qəbul edir. Üstəlik, bu vəzifə KTMT-dən istifadə edərək, Ermənistanın təhlükəsizlik problemlərini daha eşidilən etmək, onları Ermənistanın nöqteyi-nəzərindən təqdim etmək imkanı da yaradacaq. Bu qadağan edilməyib və Ermənistan nümayəndəsi bunları edə bilər. Belarus və Qazaxıstanın Ermənistana qarşı mövqeyini nəzərə alsaq, bunun necə nəticələr verəcəyini söyləmək çətindir”.

Tarix
2017.04.21 / 10:18
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla