Yuxarı

Kral iki naziri işdən çıxartdı, oğlunu ABŞ-a göndərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı kralı Salman oğlu şahzadə Xalidi ABŞ-a səfir göndərib.

Axar.az “Frans Press”ə istinadla xəbər verir ki, kral bununla bağlı dekret imzalayıb.

“Şahzadə Abdullah bin Feysal bin Türki ABŞ səfiri vəzifəsindən azad edilsin, şahzadə Xalid bin Salman bin Abduləziz yeni səfir təyin olunsun”, - dekretdə bildirilib.

Abdullahın bu vəzifədə cəmi 1 ildən bir qədər çox qaldığı vurğulanır.

Şahzadə Xalid Ərəbistan Hərbi Hava Qüvvələrinin pilotu kimi İŞİD-ə qarşı əməliyyatlarda iştirak edib.

Qeyd edək ki, təyinat kralın islahatlarının tərkib hissəsi sayılır. Belə ki, kral ötən gün verdiyi fərmanla müdafiə və informasiya nazirlərini işdən çıxarıb, Milli Təhlükəsizlik Mərkəzi yaradıb və bu quruma ordu generalını rəhbər gətirib.

Tarix
2017.04.23 / 13:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla